Qüssə lyrics

Songs   2024-11-29 14:38:00

Qüssə lyrics

İndi çox uzaqdayıq. Düşünürəm ki, səbəb mən mi?

Mən ki, heç incitmədim, de axı nə idi sənin dərdin?

Olaydı köhnə vaxtlar hər gün görüş eyni məkanda,

Danışıram uşaqlarla amma ki, səndən xəbər gəlmir.

Bəlkə də istəmsizcə öldürdüm içimdə eşqi,

Mən piyan olanda sənə deyirdilər ki, "içib səninki".

Həyatıma gəlirsən bircə ay sonra itirsən iki il,

O qәdәr qəlb qırmaların sonunda olur səbr, kin.

Və bəzən əsəbi yazıram, sonra alıram könlün,

Yazaram dayanmadan hәr nә qәdәr ki, şam sönmür.

İnan ki, başqa birisi sәni bu qәdәr gözәl yaza bilmәz,

Sən mənə "can" belə demədiyində mən yazıram "ömrüm".

Mәn sәni sevәnә qәdәr vallah ölümә inanmırdım,

O qәdәr ağırdır ki, ruh bәdәndә dayanmırdı.

Sonra yalanla inam sındı, guya ki, xoşbәxt idiz,

Dәrin yuxudaydın, çağırsam da oyanmırdın.

Nəqarət(x2):

Mәn sәndәn getdim, yoxsa sәn mi "gәl" demisәn yar?

Otaqda hara baxsam gözüm dolur, dәrddir mi hәr yan?

Sәn sevә bilmirsәn, yoxsa bәdәn mi müqәvva?

Sәnsiz ürәk durur, göz qapanır, can verir әndam.

Bənd 2

Cәnnәt bizi qollarında qovuşdurmasa,

Sırf mәni görmәk üçün cәhәnnәmә gәlәrsәn mi?

Əgәr ki, ölsәm mәn sonra yenidәn dünyaya gәlsәm,

Vә onda şair olmasam necә? Yenә sevәrsәn mi?

Nәyә görә yaş axır axı gözündәn, hüzn camalından,

Gecәlәri sevәn adamın әskik olur gün sәmasından.

Eşqimi öldürmüşdün, qәlbimә güllәr atırlar,

Yenә sәni şeir edәrәm tamamlanar cümlәm adınla.

De görüm sәn nәvaxtsa ölmüsәn mi mahnılarımda?

Dәrdinә dәrman olardım, qurtulub ağrılarımdan.

Görәsәn kimlәr alıb apardı cananı canımdan?

Nәdәnsә sәni әvәz elәmәk istәyir ayrı qadınlar.

Adicә mәsafә belә ayırır bizi, yox soraqların,

Yarımın eşqi dönüb vecsizliyә, yazsam ağlamır.

Etiraf eliyirәm ki, bәdәn yerdә, can sәmadadı,

Vә necә sevdiyimi gözlәrinә dә baxsam anlamır.

See more
BadClause more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:
  • Official site:
  • Wiki:
BadClause Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved