Geridə qalan 3il lyrics
Geridə qalan 3il lyrics
Bənd 1
Mən səni ağlımda dustaq eləmişdim necə bu qədər tez unuda bildin özümdə inana bilmirəm
Xatirələrimizsə canlanır hərdən bir indidən puç olan arzuların qədir qiymətini de kim bilər?
Kirli əlləriylə pak sevgiyə tilsim yoğurur
Dözmərəm özgə birisi öpsün səni, bilsin qoxunu
Necə bəladı yoxluqun dərd var məlhəmi yoxdu
Sənə yazdıqlarımsa sənnən özgə hər kəsə toxunur
Mən həmin adam olaram əgərki sən həmin qız olsan
Əlvida sözün yalan qalan hər bir sözün düz olsa
Yenidən aşiq olaram hər zərrənə, hər cümlənə
Amma ki yoxdur elə möcüzə ötən illəri geri döndərə
Yolunda qaçan mən oldum, sonunda sənmi usandın?
Əbədi məhəbbətmi yoxsa ümüdlərmi bu sandıq?
Dedimki yanimda qal gözümə yaxşı deymir uzaqlıq
Özgə nəfəsə məhkum oldum o gün əlini buraxdım..
Nəqarət
Dəryalara bağırdım adını
Mən yalvaram duy imdadımı
Gizlənirəm gözlərin axtarmır
Əllərinə toxunan yadlarmi?
Bənd 2
Eşqin fədakarlığına bax alır gənc yaşda canı
Qiyamətdi rəbbim ahımı duy köz yaşda yanır
Atdı özünü bədən tuta bilmədi göz yaşlarını
Həyatın qəbahəti bu gec böyüyüb tez yaşdanırıq
Ruhuma toxunmuşdun əl izlərinə baş əyirəm mən
Əlimdə şeirlərimi ürəydə səni daşıyıram mən
2 il öncə söz vermişdik 5 il sora ailə quracıyıq
Geridə qalan o 3 ilin ümüdiynən yaşıram mən
Sətirdə qan ağlırdım 3 nöqtə kəsdi avazımı
Gözlərim qəm gölüydü isti yanağa çəkdin ayazını
Qəlbi yernə qaytar ölməyib hələ qəbri dayazdı
Əllərimin qədirini bil bu qələm hər qıza yazmır
Adı hər misrama ünvandı bəddı qiraət o
Sevgimi yerə atmışdı peşmandı nəhayət o
Uzaqlarda nalə çəkim göz yaşıyla müşayət ol
Mən səsimə yaxşı baxım, sən saçından muğayət ol.
Nəqarət
Dəryalara bağırdım adını
Mən yalvaram duy imdadımı
Gizlənirəm gözlərin axtarmır
Əllərinə toxunan yadlarmı ?
- Artist:BadClause