Ne engedj el! [Azerbaijani translation]
Ne engedj el! [Azerbaijani translation]
Məni buraxma!
İlk yayımız gözəl idi,
Lakin içimdə olan bu fırtına uzun müddətdir böyüyürdü
İstənilən vaxtda güruldamağa hazırıydır
Tərəddüdlü olaraq dayandım
Əlimdə fincan - yarıya qədər doludur yada boşdur.
Mən sadəcə yaxşı olduğuna ümid edirdim.
Və sözlər hələ kimsəni öldürməsə də,
Onların bir çoxu mənim
Hələ də alovda yanan könlümə düşdü
Söylə, ürəyində hələ də yer varmı?
Məni gözləyən parçası haradadır?
Əgər yoxdursa, mənə yalan danışma, xahiş edirəm
Özündən məni qoru
Ürəyində hələ də yer varmı?
Məni çağıran səs haradadır?
Əgər o varsa, məni həmişəlik burax içinə,
Və mənim xəyallarımda oyanacaqsan.
Lakin məni buraxma!
Məni buraxma!
Uzun bir qış bizim üçün qabaqdan gəlir ,
Ürəyimdə isə hələ də cavabsız sual
Ehtiras kimi bizi yandırır
Və bizə çox güclü fırtına lazımdır,
Hər şeyi alt-üst etmək üçün
Niyə yaxşı bir şeyi gözləməliyəm?
Və sözlər hələ kimsəni öldürməsə də,
Onların bir çoxu mənim ürəyimə düşdü
Və orda artıq yer qalmadı
Söylə, ürəyində hələ də yer varmı?
Məni gözləyən parçası haradadır?
Əgər yoxdursa, mənə yalan danışma, xahiş edirəm
Özündən məni qoru
Ürəyində hələ də yer varmı?
Məni çağıran səs haradadır?
Əgər o varsa, məni həmişəlik burax içinə
Və mənim xəyallarımda oyanacaqsan
Əgər taley bizi bağlasa
Bilirəm ki, bizdə hər şey
Çox yaxşı alınacaq
Qapım hələ də açıqdır,
Və əgər mənimlə vida etməyə hazır deyilsən
Bizim yolumuza addım edə bilərsən
Söylə, ürəyində hələ də yer varmı?
Məni gözləyən parçası haradadır?
Əgər yoxdursa, mənə yalan danışma, xahiş edirəm
Özündən məni qoru
Ürəyində hələ də yer varmı?
Məni çağıran səs haradadır?
Əgər o varsa, məni həmişəlik burax içinə
Və mənim xəyallarımda oyanacaqsan
Ürəyində hələ də yer varmı?
Məni çağıran səs haradadır?
Əgər o varsa, məni həmişəlik burax içinə
Və mənim xəyallarımda oyanacaqsan
Amma məni buraxma!
Məni buraxma!
Məni buraxma!
- Artist:Kati Wolf
- Album:Ne engedj el! - Single