Unut Məni lyrics

Songs   2024-09-28 01:28:38

Unut Məni lyrics

Göz yaşını, gülüm, qurut,

Dolma belə bulud-bulud.

Birgə keçən o günləri

Mən unutdum, sən də unut.

Unut məni, damla-damla,

Unut məni, kilə-kilə.

Ürəyindən bu sevgini

Çıxarıb at, bilə-bilə.

Unut mənli günlərini,

Unut görüş yerlərini,

Vaxtın olsa gəlib apar

Gözlərimdən gözlərini.

Unut, unut, unut gülüm,

Unut, daha çəkmə zülm.

Bu sevdanın atəşindən

Yandım, yandım, çıxdı külüm.

Sənə yalan dedim yarım,

Mən səni heç unutmadım.

Əllərindən başqa əli

Əmin ol ki heç tutmadım.

Unutmadım gülüşünü,

Unutmadım gedişini,

İlk baxışdan ürəyimi

Parçalayan baxışını.

Unutmadım, unutmadım,

Səni hər an xatırladım.

Sən ömrümdən gedən günlər

Qalmayıbdı duzum-dadım.

See more
Şəbnəm Tovuzlu more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Pop
  • Official site:https://www.youtube.com/channel/UCn098rkDpKPXu5GGc_JujwA
  • Wiki:
Şəbnəm Tovuzlu Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved