Dərzi lyrics

Songs   2024-11-23 15:26:11

Dərzi lyrics

[I Kuplet]

Qəribədir hərəsi də bir tərəfdən gəlirlər kəlam, qələm, səs həvəsinə

Mənim əvəzimə küləklər kimi əsib istərlər məni əzsinlər, tələsirlər

Təzəsinə şərabın verərlər, 2 köpük qədəhinə, necə istər bəzəsinlər

Mənə deyiblər ki; gəldinsə silah ilə vurma çiyinə qola vur tam təpəsinə

Qələmimin ucu iti gizlənin itim kimi tapar xəstə quduzdu qapar

Çənənizi bağlayın ayıb olub, birdə camaat içində mənə demiyin “ata”

Əlinizi şişirdərək mənə göstərmiyin gücünüzü, siz odun, mən balta

2 ildi gedib səsim, amma qalıb atalar sözüm; “Qaraqan mindisə çapar”

Səbəbi, nə qəzəbim, bu ki, deyil qəzəb kimi əsəbdir ki, təbiət zəlzələsi hə

Hərənizi sərib bir ipə, qurulayıb, ütülərik, bitirib keçərik təzəsinə

Sənin kimiləri yeddi ili, amma mənim ayıma biri gələr də bəzən həftəsinə

Sizin hələdə bakirə bildiyiniz səhnələri neçə il əvvəl açmışam pərdəsini

Əlinizi çəkin dizlərinizi kimi dolu kir tonu hin toyuğuna diss gəlir

Hamınızı bir gözünə bu tərəzinin qoyub o biri gözünə qoyaram bir sətir

Sizin underground zirzəmi gizlənin, elə oradır deşiyi sizlərin

Sizə demişdilər; Qaraqan gəlir, amma deməmişdilər gələndə biraz pis gəlir

[II Kuplet]

Gənə dərisinə yapışar qanı çəkər dartsan çıxmaz onu lazımdır kəsmək

Salıb hərəsidə ağzına b***h, b***h, b***h ay bala biçmək üçün lazım əkmək

Sizin dilinizi uzadıblar, söyüşlərinizi vaxt çatıb çənənizə tikmək

Və su pərisinin ayaqları çıxıbsa, o demək deyil onu lazımdı…

Sizi səliqəli-səliqəli bağlaram, basdırıb Quran oxudub ağlaram

Hər sətirlər girirsə sizə çətin, onları yaxşıca-yaxşıca yağlaram

Nə qədər borcum var dağlara, amma sizlərə yox bir qəpikdə

Biz meşədəki ən qalın palıdlar, siz küçədəki kollar, kötüklər

Təriflədim hərə bir tərəfinə çəki gətirərək əlini-qolunu rahat sərələdi

Gərək elə sənin əlin oda girə, yandıra, yana-yana deyəsən: – Dədə, səhv elədim

Hərənizə bir nar çubuğu verdim, fikirləşin görün neyləmək olar onlarla

Deyib getdim gələndə nə görsəm yaxşıdı, çubuqlar hələ də dartıram dallardan

Olmayacaqsız kişi şalvarla, törəməz heç vaxt, canavar çaqqaldan

Cəsarət olmuyacaq saqqalla, qarışdırmayın döyüşçünü baqqalla

Sizin qılınclardan kəsərli bizim köhnə bildiyimiz ən küt qalxanlar

Mən qarğa bu 300 ildə çox gördüm sizin kimi sinəsinə döyən bala qartallar

Nə qədər ki, qələmim əlimə balta, mən bu meşələri doğraram, odun bağlaram

Ona-buna diss yazmasın, bala mənim qəbuluma gəlsin ölümünü axtaran

Vəhşi aslanları, pələngləri əhilləşdirib pişik edib bağçamda saxlaram

Sizin kimi şairlərin uzun dilini dodağına tikəcək iynəni saplaram

  • Artist:Qaraqan
  • Album:Dərzi - Single
See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved