Baş Rolda Özüm lyrics

Songs   2024-12-28 01:52:36

Baş Rolda Özüm lyrics

Onlar oturur kafedə, mən küçədəyəm

Onlara gəlir isti yeməklər, mən şaxtadayam

Onlar gəzirlər cipdə, mən taksidəyəm

Onlar dəniz kənarı parkda, mən arxadayam

O onu dəvət eləyir rəqsə, mən hirslənirəm

Onlar çevriləndə mən hər tərəf gizlənirəm

O ona alır güllər, göndərir hədiyələr

O onu sevir, amma mən də onu sevirəm

Onlar gəzirlər küçədə, mən kafedəyəm

Onlar hiss edəndə kimsə güdür, mən gizlənirəm

Onlar gəzir dükanları, dənəyir paltarları

O paltarlı istəyir, mən paltarsız istəyirəm

Onun sevgilisi pullu, mənim şansım yoxdu

Onun ətrafında mənim kimi oğlanlar çoxdu

Mənim ürəyimə girən yeganə qızdı

Ona yaxın olmaq üçün oluram sevgilisinin dostu

Onlar keçirir ad günü, mən birinci qonağam

Onlar qızdırır əllərini, mən yandıran ocağda

Onlar seçirlər mənzil, mən məsləhətçi

Onlar haranı gəzir, mən onlara oluram bələdçi

O onu öpür, mən üzümü çevirirəm

Onların xoşbəxt anlarına dözə bilmirəm

Oğlan mənə danışır gecə baş verənləri

Yatağı, qızı, toxunuşları, səsləri

O mənə etibar eləyir, mən eləyirəm nifrət

Onların toy günündə, mən çəkirəm həsrət

Onların toy gecəsi, şəkillər, bal ayı

Bir il sonra uşaqlarının ilk sözü olur “dayı”

Onlar oturur kafedə, mən kafedəyəm

Onlar uçursa xaricə, mən də xaricdəyəm

Onlar açırsa şirkət, mən oluram şərik

Bu sevgi üçbucağı, bu qanlı mühərrik

Onlar sevişir yataqda, mən qonşu otaqda

Onlar qəhrəmanlar, mən epizodik rol qıraqda

Onlar yaşayır öz həyatını, mən onların həyatını

Mənim adım Qaraqan, yox mənim, yox adım….

O işlə bağlı uçur xaricə, mən evdəyəm

Mən onun ən yaxın dostu, mən arxa dirəyəm

Tək qoya bilmir həyat yoldaşını, körpəsini

Mən oluram başçısı onun ailəsinin

O işləyir xaricdə, biz şəhərdəyik

O biznes danışıqlarında, biz kafedəyik

O yorğun oteldə, biz artıq evdəyik

Yedizdirdik, uzatdıq, yatmağa körpəni

O artıq yuxuda, mən onun sevgilisiylə

Özümü saxlayıram güclə, əsəb ülgücdü

Daxil olur duşa, deyir biraz tərləyib

Ehtiras təmiz ruhumu tamam zəhərləyib

Əri xaricdə pul qazanır, mən onun dostu

Məni çağırır hamama, deyir su çox isti

Mən yumub gözlərimi istəyirəm tənzimləyim

Növbəti saniyə o çılpaq üstümdə mənim

Davamlı öpüşlər, ehtiras, etiraf

O çılpaq, mən geyimdə

O çılpaq, mən çılpaq

Dağılmış su, sınıq aynanın çiliyləri

Nalələr, ahlar, o biri otaqdan uşaq səsi

Gözümün qarşısında fraqmentlər, xatirələr

Elə ah çəkir ki, heç belə ah çəkmir fahişələr

3 il əzab çək sevgiyə görə, 3 il gizlət

Bu zibilçə isə bir gündə etdi xəyanət

Onun üçün fərqi yoxdu, bu mənəm ya başqa biri

Mən onu itələyirəm, o buraxmır-buraxmır məni

O tökdü ləkələr, mənim təmiz hisslərimə

Dodağlar iyrənc, nifrət eləyirəm əllərinə

Mən heç vaxt istəməzdim bu cür düşsün gözümdən

Bacarmıram, itələyirəm, onu vururam dizimlə

Ona etiraf eləyirəm 3 illik sevgimi

Amma başa salıram ki, bu etdikləri xəyanətdi

Və qapı açılır dostum əlində silah

Zorlanmış həyat yoldaşı və dost alçaq

Növbəti kadr, məncə ehtiyac yoxdu şərhə

Artıq hamı bilir, kimə dəyir güllə…..

See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved