Belke lyrics
Belke lyrics
Bəlkə mənim günahlarımdan biri sənsən
Bəlkə də sənsiz yaşamaq bəxtimə yazılıb
Sən unudulmaqda olan qəmli dünənsən
Artıq ölən eşqimizin məzarı qazılıb
Səndə gedərkən demədin bəlkə gələrsən
Bəs demədinmi ölərəm sənsiz a zalım
İndi nələr çəkdiyimi səndə bilərsən
Gör nə deməkdir yaşamaq mənsiz a zalım
Sənsiz nə hallardayam heç bilmə əzizim
Bircə düşündüm mənə bir namə yazarsan
Gəlməyini istəmirəm, gəlmə əzizim
Gözlərimin çəkdiyi yollarda azarsan
- Artist:Vasif Azimov
See more