Yaz, şair lyrics
Yaz, şair lyrics
Verse 1:
Gəldim yenə, getmişdim,
Gəldim yenə vuruldum.
Yarıda qoyduğun gün biləklərdə qan duruldu
İçimdə bir çöküntü var, ikinci adı qürurdu
Sevirdim sənsizliyi hər dərdimi üzümə vurdu
Verdiyin sözlər belə itirib mahiyyətini
İstədim susum amma artıq alınmırdı qəti
Xüsusi qoxum yoxdur, bax üstümdə adi ətir
Saçının hər bir tonu kimi tündü xasiyyətin
Bədahətim səmimi idi, münasibət yox olmadan
İzlərin silinmir ki, xırda-xırda dolur yada
O dahi gözəl deyib yuxulu gözünü sevdiyin adam
Sənə şair oldu həm də gecələri yatmadan
Uzatmadan davam eləyim, kaş xətrimi itirməsəm
Barmaqlar daşa dönəcək, əgər əlinlə isitməsən
Sabahım zöhr olsun, şəfəqimə gəl parılda sən
Sağ yanım çürüyübdü, dustaq o biri yarımda sən
Xətrinə dəymərəm heç, bilirəm ki tez inciyənsən
Mən yox olsam illərcə sən yenə gözləyərsən
Mənə yer-göy dar gələrdi, bircə dəfə "hə" desən sən
Hər şeyin bir həddi varsa, bu şairin həddi sənsən.
Nəqarət:
Yaz, şair yaz ki, boş qalmasın vərəq
Dayanma, yaz, şair yaz ki daha da dərinə enək
Sən yaz, şair biz oxuyaq biraz kövrələk
Ondan yaz, şair məhəbbətin meyvəsini dərək
Yenə yaz, şair sığallasın yazıların külək
Özündən yaz, şair əhvalın necədi bilək
Dözümdən yaz, şair ümidlərin ölübdürmü görək
Ürəyini yaz, şair çəkinmə, yaz, şair.
Verse 2:
Çox da yaxına durma, uzaqlaş ardınca baxım
Bəlkə də sən olardın həyatımda axrıncı qadın
O qədər dibə endim ki, kədəri sətirə sancır adın
Butulkada içkinin sən sonuncu damcıları
Sancılarım daha da çökür, min bir ağrı var könüldə
Sən mənim tək dərdim, ən gözəl şad günümdə
Əlimdən su tək axdın, öldü balıqlar gölümdə
Yadımada düşmədin, çünki içkili idim ad günündə
Soldu ləçəklər gülümdə, yaşadım səncə nələr
Qəlbə dəyən misraların olubdur bir gəncə bədəl
Birinci ümid ölürsə, yaşaya bilməz öncə bədən
Otağmda da işıq yanır, hərdən bax pəncərədən
Gedərəm incimədən, qəlbini təmizlə sən
Bakını dərd eləmə, lap ölkəni tərk edərəm
Hər şeyim səninlə bağlı, əgər ki sən istəsən
Siqaret çəkmək nədir, nəfəs almağı tərgidərəm
Alınmaz həqiqətin heç nə yoluna düşmürsə
Yenə də içib şair, axşam evinə dönmürsə
Əgər ki xatirələr bakallarda ölmürsə
Deməli hələ də səni yazaram önümdə şam sönmürsə.
Nəqarət:
Yaz, şair yaz ki, boş qalmasın vərəq
Dayanma, yaz, şair yaz ki daha da dərinə enək
Sən yaz, şair biz oxuyaq biraz kövrələk
Ondan yaz, şair məhəbbətin meyvəsini dərək
Yenə yaz, şair sığallasın yazıların külək
Özündən yaz, şair əhvalın necədi bilək
Dözümdən yaz, şair ümidlərin ölübdürmü görək
Ürəyini yaz, şair çəkinmə, yaz, şair.
Verse 3:
Arzuların günəşə dönür, gecələr itir gözlərində
Səhərimi qaytar mənə, açım sənin sözlərinlə
İndiki halıma yanan yalan yalır düzlərində
Mənliyini satan aşiq yoxa çıxırdı öz əlinlə
Axtarma, sən heç vaxt tapmayacaqsan
Nədə ki, məndən özgə yar damında qalmayacaqsan
Ağzıma gələni yazıb, şah əsərim ərsəyə gəlirsə mənim
Başdan bəri bilirdim mən, ayrılanda ağlayacaqsan
Dayanma sən, məktubları qucaqla sən
Qanadım yox uçaq desən, uzaqda sən
Yaxın olaram uzaq desən
Leylim yum gözünü, açarsan mən "oyan" desəm
Lalam mən, koram mən, karı bilmirəm, hayanda sən
Aldatma, məhlədəyəm düş aşağı, hə
Yağış yağır, o qəhvəyi buludlardan yağış yağır
Elə bilirsən unutmuşam, xatirələr qarışdadır
Və mən sənə aşiqəm deyə ruhumu bağışladım
Adətən özümə güvənirəm, heç kimlə yarışmıram
Eşq elə bir şeydir ki, bütün hissləri qarışdırar
Şeirimi yazdığım qız özlüyündə çox sevinmə
Qələmin gözəlliyidir səni vərəqimə yaraşdıran.
Nəqarət:
Yaz, şair yaz ki, boş qalmasın vərəq
Dayanma, yaz, şair yaz ki daha da dərinə enək
Sən yaz, şair biz oxuyaq biraz kövrələk
Ondan yaz, şair məhəbbətin meyvəsini dərək
Yenə yaz, şair sığallasın yazıların külək
Özündən yaz, şair əhvalın necədi bilək
Dözümdən yaz, şair ümidlərin ölübdürmü görək
Ürəyini yaz, şair, yaz, şair.
- Artist:BadClause