Vent'anni [Azerbaijani translation]
Vent'anni [Azerbaijani translation]
İyirmi yaşım var
Ona görə durduq yerə həddindən artıq reaksiya versəm təəccüblənməyin
Dünyaya puldan başqa heç nə buraxmamaqdan qorxuram
Adımın digərlərinin arasında
Yox olmağından
Amma hələ iyirmi yaşım var
Və indidən əfv diləyirəm
Etdiyim səhvlər üçün
Amma istiqamətin səma olanda yol daha çətindir
Ona görə həqiqətən önəmli olan şeyləri seç
Sevgini ya da brilyantları seç
Şeytanları ya da müqəddəsləri
Və savaşmağa hazır olacaqsan
Ya da buraxıb gedəcəksən
Və başqalarını günahlandıracaqsan
Ya da günah sənin olacaq
Günəşə doğru qaçacaqsan
Ya da qaranlığa doğru
Savaşmağa hazır olacaqsan
Həmişə azadlığı axtarmağa
Və bir addım irəliləməyə
Həmişə dürüst olmağa
Ancaq ağ və qara görənlərə
Rəngləri təsvir etməyə
Bir addım irəliləməyə
Həmişə dürüst olmağa
Və söz ver ki sabah hamıya mənim haqqımda danışacaqsan
Və ancaq iyirmi yaşım olsa belə qaçmalıyam
İyirmi yaşım var
Və vecimə deyil
Sübut edəcək heç nəyim yoxdur
Mən pul üçün ruhlarını satanlar kimi deyiləm
Saf olanların gözündə
Siz sadəcə qorxaqsınız
Və bir addım irəliləməyə
Həmişə dürüst olmağa
Ancaq ağ və qara görənlərə
Rəngləri təsvir etməyə
Və bir addım irəliləməyə
Həmişə dürüst olmağa
Və söz ver ki sabah hamıya mənim haqqımda danışacaqsan
Və ancaq iyirmi yaşım olsa belə qaçmalıyam
Özüm üçün
Və savaşmağa hazır olacaqsan
Ya da buraxıb gedəcəksən
Və başqalarını günahlandıracaqsan
Ya da günah sənin olacaq
Günəşə doğru qaçacaqsan
Ya da qaranlığa doğru
Savaşmağa hazır olacaqsan
Həmişə azadlığı axtarmağa
Və iyirmi yaşın var
İndi bunu sənə yazıram
Çox gec olmadan
Və incidəcək
Heç kim olmamaq şübhəsi
Başqalarından fərqli qalsan kimsə olacaqsan
Amma hələ iyirmi yaşın var
- Artist:Måneskin
- Album:Teatro D’ira (2021)