Sübh lyrics
Sübh lyrics
Verse - 1
O vaxtı bidənə gül almışdım sənə, hələ də solmur
Bir şeyə inandım ki, mən, sevməy zəhmət olmur
Mən səni o qədər ucaltdım ki, ruhu varlı saydın
Səndə sevgi qalıcı hiss deyil, onunla sərvət olmur
Hər nə desən də olmur, geriyə dönüb baxıram hərdən
Bizdən nə sən qalıb, nə də mən, yox əlamət əsərdən
Nəyimi bəyənmədinki bəs, de nədən məmnun olmadın?
Hər zərrəni yazar qələm, düşməz əldən
Biz ayrı dünyalarda, bir səmada sevdik günəşi
Biz ayrı məhəbbətləri qısqandıq və dedikki əşşi
Məşuq qəlbini satdı, aşıq də qaldı qolsuz
Yaraları sağaltmasan da olar, biz yandıq onsuz
Mən "Sağlıq Olsun" dedim hər ayrılıqdan sonra
Gələcəyim ola bilməzsən, keçmiş səni aldadar
Yazmaq mənasızdı, sən dinləməyəndən sonra
Bəlkə də sənin ürəyinə gəlməməliydim, yer olmadan
Ümid hissi içdə, məhkum olub zirzəmidə
Səni unutmaq üçün çox səbəb var, amma ki gizlədirəm
Mən səni qazana bilmədim şeirlə, sözlər ilə
O səni cənnət adıyla, aldadıb aparardı öz evinə
Chrous
Bizi yazmasam göz yaşımız daşar
Əlini tutmasam əl-ayağ dolaşar
Önümə çıxmasa, tanrı bir yol açar
Bilmirəm ki biz qovuşarıq haçan
Verse - 2
Üzr istəyirəm, hisslərin yalan
Sənin sözlərin yalan, ümidlərin yalan
Şeir bir yana, gözlərin bir yana
Sən ağlayarsan, mənim ürəyim yanar
Köhnə şəkillərimizə bax, arada düşün məni
Sənsiz tənha səhər, gəlir üstümə yolda işıqlar
Mən gülərüz danışıqlardan gedişini düşünmədim
Dedi ki, "Sənə bahar olaram, amma ki qorx payız-qışımdan"
Utanma başqalarıyla şəkillərdə gülümsə mənsiz
Hər şeyin bir çarəsi var, sənsən əvəzsiz
Düşünmə eybiyoxdur, ama məni unutmaq üçün
Yadına saldığın hər bir kəsin xətri lənətə gəlsin
Önümdə var idi sərhədlər, həmişə mən dəf etdim
Məni qəsdən unutdun ya onu təsadüfən sevdin
Sonunda düşdük əldən ayağdan, eşq əldən getdi
Və bir gün özünə gəldin, elə o gün də məndən getdin
Chrous
Bizi yazmasam göz yaşımız daşar
Əlini tutmasam əl-ayağ dolaşar
Önümə çıxmasa, tanrı bir yol açar
Bilmirəm ki biz qovuşarıq haçan
- Artist:BadClause