Нарисуйте мне дом... [Narisuyte mne dom...] [Azerbaijani translation]
Нарисуйте мне дом... [Narisuyte mne dom...] [Azerbaijani translation]
Mənə ev çəkin,
rəngi də mənə uyğun olsun!
Kozır rəngli, qırmızı kərpic nişanlı olsa yaxşı olar,
O evdə mənə yıxıla biləcəyim yeri göstərin,
Onda yuxuya gedib çarçıların səsini eşitməyim.
Mənə belə ev çəkin ki,
onda yaşaya bilim,
Onda yaşamama mane olmasınlar,
Döyüş nizamnaməsi məni bir daha narahat etməsin,
Onda ürəyimi bir daha qırmasınlar.
Mən özüm, mən özüm çəkirdim
Ancaq qorxuram ki çəkə bilmərəm,
Bu yarım tonları
heç tapa bilmirəm.
Qalın meşələrdə
hələ atla sonsuza qədər atılıram,
Və soyuq tərdə
hər gün yuxudan kal oyanıram.
Mənə ocaq çəkin, heç olmasa qaba qalın kətan üstündə,
Heç olmasa kərpic divarının üstündə, məni bir azcıq isitsin,
Elə çəkin ki yumruğum xırçıldasın,
Və soyuq kirpiklərimdən bir gün isti evlə əssin.
Mən özüm, mən özüm çəkərdim -
Amma sevdiyim boyalarım yoxdur,
Ancaq iki dənəsini tanıyıram,
onları da əlimlə sıxıram.
Gah ağdır zolağım,
Gah ümidsiz qaradır,
Kaş rənglərimi dəyişdirə biləm...
yoxdur məndə belə akvarel.
Məni belə çəkin ki,
Anam öz oğlu üçün narahat olmasın,
Məni bir anlıq durna olaraq çəkin.
Adamlara durna yüksəkliklərindən baxmaq necə də istərdim.
Mən özüm, mən özüm çəkərdim,
Amma tük qələmlərim qırılır,
Barmaqların qiyamını dözə bilən
ancaq qrifdir.
Və uçur, və uçur, və uçur, və uçur,
göylərə,
Buludlara yarpaqlar ucalır
Bu notların, bu acı notların
cırılmış tellərdən uçmuş notların.
- Artist:Alexander Rozenbaum
- Album:Друг OST (1987)