Crazy [Azerbaijani translation]
Crazy [Azerbaijani translation]
Xatırlayıram, ağlımı itirdiyim vaxtı xatırlayıram
Onda mənə özümü yaxşı hiss etdirən nə isə var idi
O qədər böyük bir yerdə hətta duyğularım əks-səda verəndə
Və orada heç bir qayğım olmadan dayananda
Bilirəm mənimlə əlaqə qurmaq imkansız idi
Amma bunun səbəbi yetərincə bilməməm deyildi
Sadəcə çox şey bilirdim
Bu dəli olduğumu göstərir?
Bu dəli olduğumu göstərir?
Bu dəli olduğumu göstərir?
Ola bilsin
Və ümid edirəm ki həyatının ən yaxşı vaxtını keçirirsən
Amma iki dəfə düşün, bu yeganə tövsiyəmdi
Sən kimsən, kimsən, kimsən
Özünü kim sayırsan?
Ha ha ha çox sağol
Həqiqətən özünə hakim olduğunu düşünürsən
Məncə dəlisən
Məncə dəlisən
Məncə dəlisən
Eynilə mənim kimi
Mənim qəhrəmanlarım inandıqları uğrunda öləcək ürəyə sahib idilər
Xatırladığım tək şey onlar kimi olmaq istəməyimdi
Balacalığımdan bəri, balacalığımdan bəri
Əyləncəli görünürdü
Və gəlişim təsadüf deyil
Və işimi bitirəndə ölə bilərəm
Amma bəlkə də mən dəliyəm
Bəlkə də sən dəlisən
Bəlkə də biz dəliyik
Yəqin ki
- Artist:Gnarls Barkley
- Album:St. Elsewhere