Bayraq lyrics

Songs   2024-11-26 12:25:24

Bayraq lyrics

Salam, üç rəngli bayraq, mən yalançıyam

Mən ancaq bayram günlərində sevirəm səni

Əzbər bilirəm yüz fahişənin nömrəsini

Amma çoxdan unutmuşam himnimizin sözlərini

Xaricə gedəndə deyirəm ki, guya Türkiyədənəm

Mən utanıram Azərbaycan sözünü işlətməkdən

Erməni diasporası soyqırımlar uydurduqca

Mən Bakıda məşğulam ancaq qız fırlatmaqla

Ya da ki, çayxana, qeybət dalıyca qeybət

Sevmək əvəzinə millətimə eləyirəm nifrət

Rüşvətxor müəllimlərin savadsız tələbəsi

Qeyrətin məğlubiyyəti, fastfood'un qələbəsi

Mən baxıram ancaq səviyyəsiz verlişlərə

Əttökən aparıcılar, səviyyəsiz müğənnilərə

Mən indi yaşayıram sms və mms'lə

Çoxdan unutmuşam nədir kişi kimi üzbəüz söhbət

Salam, bayraq, mən sənin nankör övladın

Yüz yola əl atıram əsgərlikdən qaçmaqçün

Sən mənə verdin həyat, mənə verdin azadlıq

Yaxşı, bəs mən nə eləmişəm sən bayraqçün

Mənə lazımdı toppuş bacılar və toyxanalar

Amma toz altında məhv olur böyük kitabxanalar

Mənə lazımdı falçılar, bir də ki, fahişələr

Bir də lazımdı, isti, duzlu paçka dollar

Mən sənə layiq deyiləm, ey, üç rəngli bayraq

Mənim çoxdan vecimə deyil Qarabağ

Beynimdə ancaq pul yığmaq yastıq altına

Birinci telefonu dəyişmək, ikinci maşın almaq

Mən vergi verməməkçün evə naqil çəkdirirəm

20 Yanvar'da baxıram MTV'yə internetdən

Düşmənin ermənidi sənin, ey, üç rəngli bayraq

Amma sənin nankor oğlun bu gün pisdir ermənidən

Bağışla, bayraq, ola bilmədim sənin qəhrəmanın

Bağışla, yağır yağışlar, qanlı yağışlar

Bağışla, xalqım, ola bilmədim sənin qəhrəmanın

Bağışla, yağır yağışlar, qanlı yağışlar

Bağışla məni bayraq, bağışla məni torpaq

Mənim ən böyük arzum köçmək burdan, Green Card

Bağışla məni millət, bağışla məni xalq

Mən unutmuşam nədir vətəndaş olmaq

Bağışla məni ana, mən tərbiyəsiz böyüdüm

Sən mənim gələcəyimi tamam başqa cür görürdün

Bağışla məni ata, kişilik dəbdə deyil

O vaxt Qarabağda sən heç nə üçün döyüşürdün

Bağışla məni Allah, mənim dinim Vercace

Məscidim bar, peyğəmbərlərim ulduzlar

Bağışla məni Tanrı, mən günahkar insan

Qaranlıq səmamda parlamır ulduzlar

Bağışla məni həyat

Mən yaşadım ancaq yatmaqçün, gəzməkçün, doymaqçün

Bağışla məni bayraq

Bağışla məni bayraq, sənə yazdığım mahnını da yazdım məhşur olmaqçün

See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved