Le temps de l'amour [Azerbaijani translation]
Le temps de l'amour [Azerbaijani translation]
Məhəbbət zamanıdır,
Sevgililər və macəra zamanıdır.
Vaxt gəlib getdikcə
Heç nəyi düşünmürsən, yaralı olduğuna baxmayaraq.
Məhəbbət zamanı
Həm uzun, həm qısadır deyə
Ömürlük davam edir, onu xatırlayırsan.
İyirmi yaşında özünü dünyanın padşahı sanırsan
Və düşünürsən ki, həmişə sənin gözündə
Bu göy asiman olacaq.
Məhəbbət zamanıdır,
Sevgililər və macəra zamanıdır.
Vaxt gəlib getdikcə
Heç nəyi düşünmürsən, yaralı olduğuna baxmayaraq.
Çünki məhəbbət zamanı
Qəlbinə çoxlu
İstilik və səadət bəxş edir.
Bir gün məhəbbət gəlir, ürəyin daha tez döyünür,
Amma həyat həmişə olduğu kimi davam edir,
Və sən aşiq olduğuna görə çox xoşbəxtsən.
Məhəbbət zamanıdır,
Sevgililər və macəra zamanıdır.
Vaxt gəlib getdikcə
Heç nəyi düşünmürsən, yaralı olduğuna baxmayaraq.
Məhəbbət zamanı
Həm uzun, həm qısadır deyə
Ömürlük davam edir, onu xatırlayırsan.
- Artist:Françoise Hardy
- Album:Françoise Hardy (1962)