Как Тебя Забыть [Kak Tebya Zabyt'] [Azerbaijani translation]

Birdən bütün sevgi mahnıları sənin haqqında oldu,
Sənin haqqında oldu, birdən birə sənin haqqında oldu.
Necə unudum səni? Əgər hər yerdə sən varsansa
Əgər zehnimin hər küncündə dərin kök salmısansa
Məni hamıdan uzağa apar, payız sadəcə bəhanədi,
Sənə yazmaq üçün, sənə hər şeyi xatırlatmaq üçün.
Sənə nə verə bilərəm?
Yaşlı gözlərdən, ağlaman üçün səbəbdən başqa.
Səni necə təəccübləndirə bilərəm?
Zəngin olduğumu bilirəm, amma onlar qədər yox.
Sənə nə verə bilərəm?
Budur ürəyim, al, sədatəqin qarşılığında.
Zəng vur, səhərə qədər oyaq qalaq
Səhər tez qalxmalı olmamız vecimə deyil,
Mənim uçuşum, sənin işin var.
Gəl biraz da vaxt keçirək, sənə çox ehtiyacım var.
Hamıda səni, sevgini axtardım, tapdım, amma özümü itirdim.
Səni tanıya bilmirəm, amma çox yaxındasan.
Niyə bu qədər dəyişmisən?
Səni axtarıram,
Necə tapa bilərəm?
Dəyişməyə çox öyrəşmisən
Pul qarşılığında hislərini.
Birdən bütün sevgi mahnıları sənin haqqında oldu,
Sənin haqqında oldu, birdən birə sənin haqqında oldu.
Necə unudum səni? Əgər hər yerdə sən varsansa
Əgər zehnimin hər küncündə dərin kök salmısansa
Birdən bütün sevgi mahnıları sənin haqqında oldu,
Sənin haqqında oldu, birdən birə sənin haqqında oldu.
Necə unudum səni? Əgər hər yerdə sən varsansa
Əgər zehnimin hər küncündə dərin kök salmısansa
Əlvida demək üçün çox gecdi, sevgi üçün çox gecdi
Səni nə qədər sevdiyimi tək Tanrı bildi.
Sənin üçün elədiklərim - ciddi deyil, hə
Ürəyimi doldurmuşdun, indi içi boşdu.
Hər şeyə nifrət edirəm, ən çox da
Daha biz olmamağımıza, birlikdə olmamağımıza.
Zehnimin hər küncündəsən
Üzün bütün gün gözümün önündədi.
Mənə nolub? Mənlə qal,
Çünki sənsiz mən sadəcə xarabalığam
Başqaları təmiz ruhlarla yox, pulların xışıltısıyla
Qulağını dolduranda xoşuna gəlir.
Və mən gəzirəm, küçələri və köhnə binaları keçirəm,
Sən macəra axtarırsan, mən, mənsə səni,
Səni axtarıram, necə tapa bilərəm?
Dəyişməyə çox öyrəşmisən
Pul qarşılığında hislərini.
Birdən bütün sevgi mahnıları sənin haqqında oldu,
Sənin haqqında oldu, birdən birə sənin haqqında oldu.
Necə unudum səni? Əgər hər yerdə sən varsansa
Əgər zehnimin hər küncündə dərin kök salmısansa
Birdən bütün sevgi mahnıları sənin haqqında oldu,
Sənin haqqında oldu, birdən birə sənin haqqında oldu.
Necə unudum səni? Əgər hər yerdə sən varsansa
Əgər zehnimin hər küncündə dərin kök salmısansa
- Artist:HammAli & Navai
- Album:Как Тебя Забыть - Single