Küsdü yenə
Küsdü yenə
Bənd 1
Bu nə qismətdir əzizim, nə zülüm
Bunca gözyaşımı döndərmə selə
Axı zülmün də olur həddi gülüm
Daha səbrim tükənib insaf elə
Eşidib dərdimi dostlar dedilər
Qınağın mən deyiləm tək hədəfi
Məni çox dərdli görüb söylədilər
Onda da var günah Allah tərəfi
Nəqarət
Nə dedimki mən ona küsdü yenə
Heç inanmazdım o saf hisslər ölər
Qorxuram dözməz ürəy tərsliyinə
Mən ölənnən sora insafa gələr
Nə dedimki mən ona küsdü yenə
Fəryadım dağı dələr, daşı dələr
Bələdəm çünki onun tərsliyinə
Əriyər dağ o çətin rəhmə gələr
Bənd 2
Oturub pəncərədən yollara bax
Bu odur, yoxsa onun kölgəsidir
Qaçaraq aç qapını, sonra da gör
Demə bir başqası, bir özgəsidir
Dəfələrnən telefon zəngi gəlir
Bezirəm özgəni sən sanmaqdan
Elə tərssən, onu qəlbim də bilir
Elə bil həzz alır aldanmaqdan
Nəqarət
Nə dedimki mən ona küsdü yenə
Heç inanmazdım o saf hisslər ölər
Qorxuram dözməz ürəy tərsliyinə
Mən ölənnən sora insafa gələr
Nə dedimki mən ona küsdü yenə
Fəryadım dağı dələr, daşı dələr
Bələdəm çünki onun tərsliyinə
Əriyər dağ o çətin rəhmə gələr
- Artist:Orxan Lökbatanlı