너는 나만큼 [Growing Pains] [neoneun namankeum] [Azerbaijani translation]
너는 나만큼 [Growing Pains] [neoneun namankeum] [Azerbaijani translation]
Bu soyuq gecədə küçə
Bu ürəksındıran ayaq səsləri
Bir gün, hamısı keçəcək
Dəli kimi aşiq olduğumuz zamanlardan qalan xatirələr
Yavaş-yavaş silinəcək
Zamanla unudulacaq (Unudulacaq)
Qapalı ürəyinə girməyə çalışdım
Amma bu boş otaqda
Özümüzü çoxdan qırılmış halda tapdım
Ona görə bu incidir
Amma ümid edirəm ki sən mənim qədər incinmirsən
Hər gün bunu ümid edirəm, saysız dəfə
Ümid edirəm ki sən mənim qədər çox xatırlamazsan
Ümid edirəm ki sən məndən daha yaxşısan (Oh bu gün və sabah)
Səninlə dolu olan düşüncələrim
O düşüncələr belə məni uzaqlaşdırır
Saatı izləyirəm, zamanı izləyirəm
Amma orada sənin getdiyini anladım
Mən tələsirəm
Sən getmək üçün tələsirsən
Express qatarları kimi, addımlarım hər gün sürətlənir
(Xatirələrə təslim olub)
İndi qaralamalar ilə dolu köhnəlmiş
Bir dəftər kimiyik
İtən xatirələrin içinə girməyə çalışdım
Amma indi səni görə bilmirəm
Özümüzü çoxdan yox olmuş vəziyyətdə tapdım
Ona görə bu incidir (Çox incidir)
Amma ümid edirəm ki sən mənim qədər incinmirsən
Hər gün bunu ümid edirəm, saysız dəfə
Ümid edirəm ki sən mənim qədər çox xatırlamazsan
Ümid edirəm ki sən məndən daha yaxşısan (Oh bu gün və sabah)
Bir, iki, üç, dörd, beş (Bu gün hər şeyi buraxıram)
Deyəsən unuduram (Səni həqiqətən görə bilmirəm)
Beş, dörd, üç, iki, bir, deyəsən zaman doldu
Amma ümid edirəm ki sən mənim qədər incinmirsən
Hər gün bunu ümid edirəm, saysız dəfə
Ümid edirəm ki sən mənim qədər çox xatırlamazsan
Ümid edirəm ki sən məndən daha yaxşısan (Oh bu gün və sabah)
- Artist:Super Junior-D&E