Bu Sadəcə Həyatdir lyrics

Songs   2024-07-06 06:17:32

Bu Sadəcə Həyatdir lyrics

Eşitdim, inandim

Gördüm inanmadim

Bu sadəcə həyatdir

Gedirik dayanmadan

Əvvəla, baxib əvvələ

Əvvəlcə daniş əvvəldən

Səs çixar tək əldən

Hər şey asilidır əməldən

Əvvəl İçərişəhər bizim idi ser, indi sizin

Yəni şəhər bizimdi, amma içərisi ingilisin

İndi Qəddafiyə çökdü əvvəl Səddamin İraqina

Qorxuram sonra girər bizim maşinin da bakina

70 il çaşdiq qaldiq, bizə niyə kommunist deyirlər

Əvvəl müsəlman idik, indi terrorist deyirlər

Özümüzü öyürük, deyəndə risovka bəyənirik biz

Əvvəl namaz qilirdiq, indi maska geyinirik biz

Əvvəl inanmadiqlarimiza indi inandirirlar

Əvvəl Quran oxuyurdular, indi yandirirlar

Əvvəl sələm götürürdük, indi kredit götürürük

Özü də bankdan faizlə çeşid-çeşid götürürük

Əvvəl bazarliq eləyirdik, indi shopping eləyirik

Əvvəl idman, indi çox vaxt doping eləyirik

Əvvəl adətlər var idi, indi toylar efirdə

Yatar, durar, içər, vurar hətta soyunar efirdə

Əvvəl Cavid, Məlikməmməd, Jony oxuyurdu Piter Pen

İndi Aşot, Məlikməmməd, Cavid oxuyur Piter Pen

Sari gəlini apardilar, biz blondinka axtaririq

Ayka, Nurka, Narka, Simka, Cinka axtaririq

Əvvəl adimiz bəs idi, indi lazimdi CV

Əvvəl "Спокойной ночи малыши", indi REN TV

Əvvəl kinoteatrda "аншлаг", gələndə təzə kino

İndi kinoteatr, çayxana, hər gün çay, domino

Əvvəl düz danişmali idin, çünki düz yaşamalisan

İndi düz yaşamaq üçün yalan danişmalisan

Özü də yeri gəldi-gəlmədi, yalan adətən danişiriq

İnsanin gözünün içinə baxıb bədahətən danişiriq

Bu gün varsan, sabah yox, qərb bu fikirə yaxindir

Əvvəl Ben Laden lazim idi, indi qələmi sindi

Yaşadiğimiz kainat eyni zamanda qazamatdir

Ben Laden də anlamadi, bu sadəcə həyatdir

See more
Okaber more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:https://www.facebook.com/okaber
  • Wiki:https://en.wikipedia.org/wiki/Okaber
Okaber Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved