Bir Neçə Saatlıq lyrics

Songs   2024-07-04 15:34:37

Bir Neçə Saatlıq lyrics

Mən gedirəm bir neçə saatlıq

Qapını bağla, qayıdacam birazdan, rahat ol

Mən gedirəm bir neçə saatlıq

Heç nə soruşma, axtarma, mənə zəng eləmə

Mən gedirəm, qayıdacam bir neçə saata

Hələlik nə istəyirsən elə, bu evdə rahat ol

Mən gedirəm, bir neçə saatlıq

Heç nə soruşma, mənə zəng eləmə...

Mən gedirəm, bir neçə saatlıq

Binanın damından son dəfə bu şəhərə baxmağa

Ruhum yapışıb sinəmdən, qışqırır -Azadlıq

Gedirəm göyərçinləri səmaya buraxmağa

Addımların ardıyca, kölgəm gəlir ardımca

Yağış tökdükcə muncuqlar səpir bulud ovcuyla

Göz-gözə qarşılaşdı ac canavar ac ovçuyla

Gedirəm qanlı davaya öz gözümlə baxmağa

Mən gedirəm, bir neçə saatlıq

Tanrı uğrunda döyüşlərdə qan olub axmağa

Ulduzlar yoxdur səmada, səmalar qaranlıq

İldrımlar işığında gedirəm içimi tapmağa

Mən gedirəm və böyük iddiam var

Kim deyir uça bilmir təyyarələrtək insanlar?!

Necə ki, polad qanadlar gətirir tab küləyə

Qartal caynaqları sancılır arxadan kürəyə

Ayaqlar qalxır yerdən, bu olur tez və birdən

Açılır qollar səmaya, burdan olmur dönmək

Çırp əlləri, çapala, amma çatmır güc

Mən uça bilmədiyimi anlayıram, ama artıq gec...

Məni buraxın səmaya, olacam göyərçin

Məni buraxın dənizə, olacam dalğa

Məni tullayın alova, olacam qığılcım

Məni buraxın payıza, olacam qarğa

Məni buraxın səmaya, olacam göyərçin

Məni buraxın dənizə, olacam dalğa

Məni tullayın alova, olacam qığılcım

Məni buraxın payıza, olacam qarğa

Məni çağırırlar çətin xasiyyətli və soyuq insan

Sükuta tab gətirmir, sevə bilmir, donur insan

Mənim varlığım çoxlarıyçun olub dərd və cəza

Əlindəki baltayla cəlladını yolur insan

Mən gedirəm bir neçə saatlıq anlamaqçun

Həyatıma kənardan özgə adamtək baxmaqçun

İçimdə fırtınalar, zəlzələlər, burulğanlar

Sizin nifrət içimə qığılcımdı, partlamaqçun

Gedirəm axtarmaqçun, ürəkdən ağlamaqçun

Diz çöküb öz qarşımda özümü bağışlamaqçun

Gülərüz insanlar və bəyaz dişli tanışlardan

Özüm tək bədbin və pis insanlara qovuşmaqçun

Sən məni anlamaqçun ən azı olmalısan şair

Məni bağışlamaqçun yəqin olmalısan Allah

Və əgər sən ikisindən heç biri deyilsənsə

Götür istədiyin daşı, məni olar daşlamaq...

Məni buraxın səmaya, olacam göyərçin

Məni buraxın dənizə, olacam dalğa

Məni tullayın alova, olacam qığılcım

Məni buraxın payıza, olacam qarğa

Məni buraxın səmaya, olacam göyərçin

Məni buraxın dənizə, olacam dalğa

Məni tullayın alova, olacam qığılcım

Məni buraxın payıza, olacam qarğa

Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir...

See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved