Bir Damla Heqiqet lyrics

Songs   2024-07-04 21:10:34

Bir Damla Heqiqet lyrics

Bir damla heqiqet

İllərlə tarix dərslərimiz bizim uyduruldu

Çox olmuş keçmiş yaddaşlarımız bizə unutduruldu

Manqurtlaşdıq qurt nəslimizi tərk edərək

Sərf edərək həyatları boş xalqı məhv edərək

Özümüzü əsrlərlə elə özümüzə qırdıraraq

1001 bəhanəylə kreslolara can ataraq

Sataraq cənnət torpaqları hakimiyyət üstündə

Hər dəfə mitinqlərdə fikirsiz idman etdirilirdilər

Sözlərim özləri ünvanlı şərhlərimə yox ehtiyac

Milli məclisin şərhini gözləyir daxmalardan xalq qardaş

Əlinizdən söyüşmək gəlir, saçyoldulardasınız elə

3 rəngli bayraq tüpürə bilsə tüpürərdi yəqin üzünüzə

Rus xalqı böyük qardaşımız bizə

Gəl vur qır keç

Haqq səndə güc səndə nə qədər Leninə eşq olsun eşq

Sonra da qoy tariximizə

Qırdıracam basdıracam üstündən də gül əkəcəm?!

Siyasət əldə oyuncaq şəxs səlis

Danışanda düşünürsən 1 döyünür qəlbimiz

Yalan dolu oyunların yeri olub yeriniz

Milli milli milli Milli milli milli məclis…!

Nə müxalifətdən deyiləm nə iqtidardan

Nə də pul almıram hansısa fikrimə görə şpiyonlardan

Yaşatmıram hansısa ismi mən nələrəsə görə ya da kimlərəsə

Valideynlərim də çox vaxt əksdi bu qədər əksliyimə

Milliyətçiliyimi bəyənənlər liberallığımı anlamır

Liberallığımı bəyənənləri isə liberalizm özü aldadır

Sosializmdən qurtulma dürtülür yenə də köhnə fikirlər

Köhnə danqalaq başlardı çünki bizim rəhbərlikdə

Faşizmi kabus etdilər, hələ də nifrətlə yaşayırıq

Halbuki milliyyətçi olsaq millətimiz üçün çalışardıq

İndi hər şey guya yaxşıdı?! Büdcə artır qiymət qalxır

Konservativ xalqımız monarxiyanı tarixə qaytarır

Seçkilərə getməsən də olar sənin yerinə səs veriblər

YAP-ın icbari toplu səs vermələrində ötə bilməyəcəklər

Həkimlər də qorxudulur, məllimlər də qorxudulur,

ölkədə ən qorxmaz olası şəxs əsgərlər də qorxudulur

Çıxardarıq haa səni işdən zibilivi tökərik ortalığa

Rüşvət alıb verdiyivi buraxarıq haa səni canlı yayıma

Hərənin 1 zibili var onsuz

Görən bilir, bilən susur

Camal Əli susmur bilsə belə ki, sabahına qan qusur..

PRoMete:

Siyasət əldə oyuncaq şəxs səlis

Danışanda düşünürsən 1 döyünür qəlbimiz

Yalan dolu oyunların yeri olub yeriniz

Milli milli milli Milli milli milli məclis…

Verse:Jamal Ali

Bacardığımız heykəl qoymaqdı bacardığımız güc öymək

Bacardığınız lider seçib onun götünə girməkdi

Əsl öndər unudulub yatır səssiz Ankarada

Sızlasa da Rəsulzadə nəvəsiyik adımızı qaralasalar da

Çoxu onu sevməsələr də adını çox çəkməsələr də

Vurğun kimi yaltaqlara onu söydüyü üçün medal versələr də

Mənə barmaqlıq göstərsələr də səhnələrin arxalarında

Sözlərim həqiqətdi və çoxunun batır yəqin 1yanına

Susmaq fikrim yoxdu, səsim gəlməsə həbsdəyəm yəqin

Ya da elə uzaq sürgündəyəm ki, orda studiyalar fəaliyyət göstərmir

Bu gun qarışıq qanlı millətimin safsız səsiylə səslənirəm

Xalq saf qalmağa çalışaq TÜRK OĞLU TÜRK qalmaq istəyirəm

Televizorları tulluyun getsin orda fərli heç nə yoxdu

Çox agitasiyalara məskən kanallar sizə unutdurur

Hansı verlişə baxırsan vur tatı çevir tatı silin yaddaşı

Axtarıram hansı kanalda öyrədirlər konstruksiyasız avtomatı

Elə bil axı müharibə şəraitidi elə bil axı qan tökəsiyik

Yoxsa sizcə boş söhbətdi QARABAĞI görmiyəsiyik

Bəlkə 1dəfə tarixdə kişi olaq, 1dəfə təslim olmayaq

1dəfə nəvələrimizə fəxr edəsi yaddaş saxlayaq

Geydirmə qurtuluş günü yox, saxta konstitusiya günü yox

Çox bayram dəyişdi üzlərimizdə yalan təbəssüm çox

Canların qisasını alaq, 1günü əsl bayram edək

Şuşaya bayrağımızı sancaq, AMIN!!!

Səngərlərdə görüşək, INŞALLAH!!!

Seçki qabağı verilən vədlər heç də yerinə yetmir

Sözsüz mənim fikirlərim sizlər üçün heçdir

Çıxarılan qərarlar 2ildən çox getmir

Bəlkə gedir ama xalq bunu hiss etmir

Nə baş verir balıq iylənib yoxsa başı

Müxalifət ya iqtidar kimdi xalqın qardaşı??

Sətirim bol, ağırlıq edir bədənimə başım

Sənsə hələki yat millət silinsin yaddaşın

PRoMete:

Siyasət əldə oyuncaq şəxs səlis

Danışanda düşünürsən 1 döyünür qəlbimiz

Yalan dolu oyunların yeri olub yeriniz

Milli milli milli Milli milli milli məclis…

Səngər övladları, millət, bəsdi yatdıq.

See more
H.O.S.T. more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:http://havaodsutorpaq.com/
  • Wiki:http://az.wikipedia.org/wiki/H.O.S.T.
H.O.S.T. Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved