Je suis malade [Azerbaijani translation]
Je suis malade [Azerbaijani translation]
Artıq yuxu görmürəm, artıq siqaret çəkmirəm
Artıq hekayəm də yoxdur
Sənsiz kirliyəm
Sənsiz çirkinəm
Yataqxanadakı bir yetim kimiyəm
Yaşamaq üçün arzum yoxdu
Sən getsən həyatım bitər
Artıq həyatım yoxdur, hətta yatağımda
Stansiya platformasına çevrilir
Sən gedincə
Xəstəyəm
Tamamilə xəstə
Gecələr anamın getdiyi kimi
Və məni çarəsizcə tərk etdiyi kimi
Xəstəyəm,
Tamamilə xəstə
Gələrsən, heç kim bilməz nə vaxt
Yenidən gedərsən, heç vaxt bilinməz hara
Və tezliklə iki il olacaq
Sanki vecinədi
Qaya kimi,
Günah kimi
Səndən asılıyam.
Yoruldum, tükəndim
İnsanlar olduğu zaman xoşbəxt görünməkdən
Hər gecə içirəm
lakin bütün viskilərin
mənim üçün dadı eynidir
və bütün gəmilər bayrağını daşıyır.
Artıq hara gedəcəyimi bilmirəm; sən hər yerdəsən.
Xəstəyəm
Tamamilə xəstə
Gecələr anamın getdiyi kimi
Və məni çarəsizcə tərk etdiyi kimi
Xəstəyəm,
Tamamilə xəstə
Məni bütün mahnılarımdan məhrum etdin,
bütün sözlərimi yox etdin
Ən azından toxunuşundan öncə istedadım var idi
Bu sevgi məni öldürür,
bu davam edərsə, tək öləcəyəm.
Radioumun yanında, axmaq uşaq kimi,
öz mahnı oxuyan səsimi dinləyəcəm:
Xəstəyəm
Tamamilə xəstə
Gecələr anamın getdiyi kimi
Və məni çarəsizcə tərk etdiyi kimi
Mən xəstəyəm!
Tamamilə xəstəyəm!
Məni bütün mahnılarımdan məhrum etdin,
bütün sözlərimi yox etdin
Ürəyim tamamilə xəstədir,
barrikadalarla əhatə olunmuşdur!
Eşidirsən? Mən xəstəyəm!
- Artist:Dalida