Valideynlər lyrics

Songs   2024-07-07 09:09:23

Valideynlər lyrics

(Nəqarət: Qaraqan)

Qızım, sənə qızıl gətirək İtaliyadan - Mən qır-qızıl istəmirəm!

Oğlum, sənə maşın gətirək Almaniyadan - Mən maşın sürə bilmirəm!

Onda nə istəyirsən bu dünyada? - Mən heç nə istəmirəm!

Səninçün bil biz eliyərik hər şeyi - Mən hər şeydən bezmişəm!

(verse: Qaraqan)

Mənim var iPod`um, iPhone`um da 4G

Mənim var notebook`um, təzə windows 7

Mənim var şalvarım, gətiriblər Türkiyədən

Mənim köynəyim Benetton`dan gah Gucci`dən

Mənim var qol saatım sənin evindən bahalı

Mənim televizorum göstərir belə `любой` kanalı

Mənim telefonumda Natəvanın mahnısı var

Qardaşımın toyunda Elariz oxumuşdu havayı

Qiymətlər, məni tapşırıblar dekana

Gedirəm univer`ə imtahandan-imtahana

Mənim ilim və bürcüm dolça və qaban

Toya, yasa geyinirəm Dolce and Gabbana

Kuba, Havana, ou Che-Guevara

Hər şeyim var həyatda, özümsə avara

Ata və ana əl çəkin please

Heç nə istəmirəm, bezdirdiz

(Nəqarət: Qaraqan)

Qızım, sənə qızıl gətirək İtaliyadan - Mən qır-qızıl istəmirəm!

Oğlum, sənə maşın gətirək Almaniyadan - Mən maşın sürə bilmirəm!

Onda nə istəyirsən bu dünyada? - Mən heç nə istəmirəm!

Səninçün bil biz eliyərik hər şeyi - Mən hər şeydən bezmişəm!

(verse: Qaraqan)

Mənim yox iPod`um, telefonum da itdi

Küçədə soyuqdu, evimizdə çox isti

Onların davaları qoymur biraz dərs oxuyum

Babam xorulduyur, nənəm yenə corab toxuyur

Mənim həyatım keçib binaların damlarında

Mən ordan baxıram hər gecə ulduzlara

Mənə lazım deyil nə villa, nə visa

Və heç xoşuma gəlmir eybəcər Mona Lisa

Mən istəyirəm həyatımı yaşayım öz başıma

Və heç kəs məsləhətlərin soxmasın başıma

Özüm bilərəm Bakıda qalım ya kosmosda

Mənimçün şimal, cənub hamısı eyni komposda

Kuba, Havana, ou Che-Guevara

Heç nəyim yox həyatda, ama özüm varam

Ata və ana əl çəkin please

Heç nə istəmirəm, bezdirdiz

(Nəqarət: Qaraqan)

Qızım, sənə qızıl gətirək İtaliyadan - Mən qır-qızıl istəmirəm!

Oğlum, sənə maşın gətirək Almaniyadan - Mən maşın sürə bilmirəm!

Onda nə istəyirsən bu dünyada? - Mən heç nə istəmirəm!

Səninçün bil biz eliyərik hər şeyi - Mən hər şeydən bezmişəm!

See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved