SMS'lər Dünyani Xilas Edəcək lyrics
SMS'lər Dünyani Xilas Edəcək lyrics
Mən ulduz olmaq istədim
Mənə dedilər hit yazasan gərək
Ona görə götürüb kağızı, qələmi
Başlayıram nə olar, olar görək
Yazacam bir az oynaq mahnı ki,
banketə, toya məni cağıran olsun
yazacam maşın, qız, pul mövzüsunda
dinləyəcilərim varlılar olsun
yazacam Bakı gözəl şəhər
yazacam inkişafımızdan,
yazacam simsim, pepsi yadaki
səba toyuqları sponsorum olsun
yazacam rep sintez muğamla,
meyxana jazzla, kamanla sazla
kliplər, qızlar, kirayə paltar
veriliş, maqazin qalmaqallar
yazacam 50 cent kimi,
yazacam olmayan tapancamnan
yazacam feat duet kimi,
sevgidən, hansısa əxlaqsıznan
əlini sıxacam üzünə tüpürmədiyim
adamların efirdə məcbur(tfu!)
şit zarafat, düşük mövzülar
birdəki gülümsə efirdə məcbur
yazacam dövlətə yaltaq mahnı,
yazacam reklama alçaq mahnı
yazacam əyləncəli, şən mövzülu
dingildədən axmaq mahnı
verəcəm radiolarakı yüz dəfə verin
hər gün özüm öz mahnıma səs verəcəm
münsiflər heyəti mənə inanın (nola-a-r!)
məni çıxartmayın
gedəcəm yüz, super salon
dəyişəcəm geyimimi, tərzimi
dəyişəcəm dəlləyi, dərzimi
dəyişəcəm qəlbimi, nəbzimi
çəksin kanallar, uşaq evində
pulsuz konsert verirəm
bəs onda niyə çəksin kanallar?!
bunu onlarsızda eləmək olar
əsas uşaqlar
yazacam replərim olacaq dillər əzbəri
beatlərim oynadacaq belləri
baş əyəcəm qarşısında sərxoş kişilərin
fahişələrinin
deyəcəm hər gün efirdə-ə-n
sevirəm səni ey əziz ölkəm
ey əziz pərəstişkarlarım, 666 mənim sms nömrəm
Nəqarət 2x
Hara gedir mənim ölkəm bu gedişnən
bilmirəm mən, amma yenədə ümid var
Smslər dünyanı xilas edəcək!
Nəyi yazmaq olar bildik, bəs nəyi yazmaq olmaz (hə?)
yazmaq olmaz problemlərdən bu ölkədə
hər şey yaxşıdı yaz bu ölkədə
olmaz? deməli yazmayacam
yolum ulduz yoludur azmayacam
olmaz? (baş üstə) deməli yazmayacam
yolum ulduz yoludur azmayacam
yazmayacam qaçqın çadırlarındakı
suya həsrət yetim uşaqlardan
yazmayacam Qarabağ əlillərinin
dilənməyindən, gecə ehtiyacdan
yazmayacam verlişlərimiz düşükdür
çoxu sonra ora məni çağırmazlar
yazmayacam seçimdə pulnandı yarışlar
axı sonra götürməzlər
yazmayacam rüşvətdən
yazmayacam saxta seçkilərdən
yazmayacam başı boş gənclikdən
yazmayacam ardan içkilərdən
yazmayacam Bakı-Ceyhandan
bizə qalan oldu yer altı keçidlər
yazmayacam kimlər nə qədər
pul verib adları sildilər uçotdan
yazmayacam meymunlar ölkəsində
ancaq eşşəklərin var hörməti
yazmayacam boş verlişlərlə yuxusunu
uzatmışıq millətin
yazmayacam oğlanların beynində
ancaq qızları bişirməkdi
yazmayacam futbolçular qışqırır
qələbə, qələbə hesab eyni
yazmayacam qızlar məktəb adıynan
həyatlarını barlarda çürüdür
yazmayacam H.O.S.T radikal təşkilatdı
repiylə siyasətini yürüdür
yazmayacam cəmiyyətimizi bir torbaya yığıb
bastırardım diri-diri
yazacam Azərbaycana eşq olsun
sevinc göz yaşlarım iri-iri
Nəqarət 2x
Hara gedir mənim ölkəm bu gedişnən
bilmirəm mən, amma yenədə ümid var
Smslər dünyanı xilas edəcək!
- Artist:H.O.S.T.