Sehrli lyrics

Songs   2025-12-06 18:03:00

Sehrli lyrics

Bənd 1 (PRoMete):

Sən hər dəfə məndən küsəndə,

Elə bil ki, bütün dünya hiss edir.

Dodaqların kənarın büzəndə,

Düz olan işlərim də pis gedir.

Bu nə sirdir? Bu nə möcüzə?

Nələr gizlətmisən, çıxar üzə.

Sənin eşqin daha nələr edə bilir?

Bunu mənə hisslərinlə ver biruzə.

Nəqərat (PRoMete):

Hər səhər Günəş oyananda,

Hər axşam, sən həmişə varsan.

Hər axşam uyuyarsan qoynumda,

Qolların boynumda. (x2)

Bənd 2 (PRoMete):

Hər addım, hər bir nəfəs,

Külək, duman, yağış, boran, qar,

Hər bir mahnı, hər bir səs,

Yenə mənə səni xatırladar.

Bu nə sirdir? Bu nə möcüzə?

Daha haralarda dəyəcəksən gözə?

Sənin ətrin məni dəli edə bilər.

Hisslərin hamısını düzə bilmirəm sözə.

Nəqərat (PRoMete):

Hər səhər Günəş oyananda,

Hər axşam, sən həmişə varsan.

Hər axşam uyuyarsan qoynumda,

Qolların boynumda. (x2)

  • Artist:PRoMete
  • Album:Köhnə Mahnılar
See more
PRoMete more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete Lyrics more
PRoMete Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2025 - www.lyricf.com All Rights Reserved