Rəvayət [English translation]

Songs   2024-07-05 19:45:25

Rəvayət [English translation]

Qulaq asın camaat mən danışım nəhayət

Bu məhəbbət aləmi çoxusuna vermiş qəmi

Mən de əzab çəkmişəm, çox izdirab çəkmişəm

Kimki gəlibdi xoşuma, nə iş gəlib başıma

Yaş dola- dola gözlərə danışıram sizlərə

O, vəfasızdan sonra, düşməmək üçün tora

Sevməyəcəm söylədim, tənha ömür eylədim

Keçdi xeyli zamanlar, ötdü bir neçə anlar

Bir qız gördü gözlərim, yaddan çıxdı sözlərim

Bu qız əcəbdir əcəb,sev məni eyləyir tələb

Dedim çatar köməyimə, təsəllidir ürəyimə

Düşdüm onun dalınca ondan bir söz alınca

Lap üreyim patladı, sanki bağrım çatladı

Her o, dərsə gedəndə getdim onunla mən də

Çox elədim and, yaman axırdı ki, bir zaman

Çıxardıb ince səsin söylədi öz kəlməsin

Baxma mənim yaşıma, çox iş gəlib başıma

Xeyli ömür sürmüşəm, çox haqqsızlıq görmüşəm

İndi isə bir insanı, tanımadığım oğlanı

Nece sevərəm söyləyin, mənə etibar eyləyin

Özün fikirleşginen,məni başa düşginen

Söylədi öz sözlərin süzdürərək gözlərin

Dedi bu qədər vəssəlam, yoluna eylədi davam

Donub yerimde qaldım, bir az xəyala daldım

Düşündüm ki, düz deyir, çox ağıllı söz deyir

Daha dalınca getmiyim, çox onu incitmiyim

Haçansa Öz qismətim, Heqiqi Məhəbbətim

Çıxar mənim qabağıma, cavab verər sorağıma

Ondan sonra hər gecə bilmirdim yatım necə

O, cananın xəyalı, onun hüsnü camalı

Gözüm deydi hər saat, məni qoymurdu rahat

Dözmüyüb bir gün səhər durub ayağa bir təhər

Görüşünə getdim yenə deyim vurğunam sənə

Gördüm gəlir uzaqdan, getdim əldən ayaqdan

Az qalmış idi çaşım, istədim yaxınlaşım

Yaxınlaşdı özü mənə, dedi bele bir sözü mənə

Görürəm ki, vurulmusan, Özünü eşqə salmısan

Əl çəkmirsən sən məndən, şərtim bu cürdü səndən

Yalnız dost olaq gərək belə edə bilərəm kömək

İstəyirsən hə denən, Düşün qərar verginən

İstəmirsən əlvida, get kömek olsun xuda

Ax ne idi əlacım, var idi ehtiyacım

Xeyli xeyal dolaştım, axırda razılaşdım

Bu dostluq mehribanlıq məni dəyişdi bir anlıq

Sonralar həyatımı, qəmli əhvalatımı

Danışdım o canana, o da danışdı yana- yana

Dedi sevgi məhəbbət vermiyib mənə zillət

Sevib sevilmədim mən, eşq nədir bilmədim mən

Amma bəxti qarayam səndən də biçarəyəm

Soruşdum:"dərdin nədir?", bu cür cavab söylədi

And verirəm mən sənə varsa hörmətin mənə

Məndən heç nə soruşma, daha bu haqda danışma

Son qoyaq bu söhbətə salma meni zəhmətə

Bu sözləri eşitdim, mən elə bu cürdə etdim

Bu barədə bir dənə sual vermədim yenə

Hər gecə zəngləşirdik darıxdıq görüşürdük

Ləzzetini həyatın, bu fani kainatın

Hiss edirdik görürdük, gözəl ömür sürürdük

Gəldi elə bir meqam dəyişdi hər şey tamam

Bir zaman axşam çağı, üreyimə çəkdim dağı

Gördüm hər şeyin sonu. Zəngi gəldi telefonun

Düşündüm cananımdı,Həmən gözəl xanımdı

Dəstəyi tez götürdüm, birdən özümü itirdim

Səs özgənin səs idi, onun refiqəsi idi

Görün nələr danışdı, yandı qəlbim alışdı

O sən sevən cananın dərd bürümüşdü canın

Xəstə idi ürəyi, heç yox idi köməyi

Həkim qoyduğu müddət dünən bitirdi elbət

Gecə yatıbdır səhər ayılmayıb müxtəsər

Amma səni çox sevirdi, öləceyini də bilirdi

Apardı onu əcəl. Səni sevən o gözəl

Artıq yoxdur həyatda saxla sən bunu yadda

Əvvəlcə inanmadım onu doğru sanmadım

Sonra isə söylədi sabah onun dəfnidi

Əger gəlmək istərsen, düzünü bilmek istərsen

Sabah iki tamamda mən deyim bu məqamda

Gələrsən bu ünvana, ordakı qəbristana

Sevgilin ağ kəfən ilə köçəcək son mənzilə

Gecəni yata bilmədim, ax niye mən ölmədim

O öldü gətdi Allah, o, gözümdən itti Allah

Səhər açılan zamanda, o qız deyen məkanda

Aciz -aciz dayandım, gördüm sonra inandım

Camaat ağlaşırdı, adamın ağlı çaşırdı

Dəfb mərasimi idi, Qəbrə gedən kim idi

Mənim ömrüm həyatım, canım mənəviyyatım

Getdi məni də apardı elə ki, defn qutardı

Dağılıştı,getdi hamı, o insan izdihamı

Tənha qaldım o yerdə, dərd də qəm də kədər də

Qəbrin üstə diz çöküb qanlı göz yaşı töküb

Vidalaşdım yarımla, gözəl vəfadarımla

Ölüm amansız oldu, vaxtsız zamansız oldu

Əlimden səni aldı, o günler harda qaldı

Hər an şadümən idi əcəb mehriban idik

Bir vaxt əlimdən tutan, indi ise sakit yatan

Ey gözəlim əlvida, yoxdu səndən səs səda

Hər kimə olsa aşiq biçarədir bu Namiq

Alın yazısı nə cürdü, yaşadı bir az da gördü

Artır ürəkdə yaraaaaaaaaaaam

Bu da mənim bir macəram

See more
Namiq Qarachuhurlu more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Folk
  • Official site:
  • Wiki:
Namiq Qarachuhurlu Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved