Qorxuram Səni İtirməkdən lyrics

Songs   2024-11-26 06:39:12

Qorxuram Səni İtirməkdən lyrics

Məndən üz çevirib getmə beləcə,

Səni itirməkdən yaman qorxuram.

Sənsiz darıxıram,bilirsən necə?

Səni itirməkdən yaman qorxuram.

Heç kəsə bu qədər öyrəşməmişdim,

Heç kəsə bu qədər "gəl" deməmişdim,

Heç kəsi bu qədər mən sevməmişdim,

Səni itirməkdən yaman qorxuram.

Eşqin məhəbbətin hopub qanıma,

Uzaq durma belə,di,gəl yanıma...

Mən özüm-özümü itirdim,amma,

Səni itirməkdən yaman qorxuram.

Ölümdə,itimdə qismətdi,paydı,

Taleh ömrümüzə gör nələr saydı...

Qorxmuram,keçərəm dənizdi-çaydı,

Səni itirməkdən qorxuram,

Arzumdu taleyin həmişə gülsün,

Gözün nə yol çəksin,nə də ki,dolsun.

Ölümdə itimdə qoy məndə olsun,

Səni itirməkdən yaman qorxuram.

See more
Şəbnəm Tovuzlu more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Pop
  • Official site:https://www.youtube.com/channel/UCn098rkDpKPXu5GGc_JujwA
  • Wiki:
Şəbnəm Tovuzlu Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved