Qocalmısan lyrics

Songs   2024-10-05 03:30:25

Qocalmısan lyrics

Qara Dərviş

Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim, sən ki,

Gənc qalmışdın yaddaşımda, 17 yaşında.

Mən qocalırdım, sənsə cavan idin xəyalımda,

Uzun telli, ağ bədənli, incə belli... (x2)

Soyuyub sən demə əllərin,

Sən demə qocalıbmışsan sən də.

Şəhvətə gətirmir daha gözlərin,

Qocalmısan gözəlim..

Soyuyub sən demə əllərin,

Sən demə qocalıbmışsan sən də.

Şəhvətə gətirmir daha gözlərin,

Qocalmısan gözəlim...Qocalmısan...

Okaber

Yaralardan axan qanı saxlamır məhraba,

Çox zəhərlidir nə süd nə kəhraba (yoxsan).

Boz səhrada, şeytanı yəhərləmək,

İnsanı zəhərləmək kimiydi sənsizlik...

Tozlu akvarel, quaş, rembrandt,

Bir növ xrizon tembroda dendron,

Xatirələrə qərənfillər əkərdin,

Hündürlükdən qorxmasaydın çox çəkərdin.

Mənə deməmişdin, amma yaz bunu...

(Sən əvvəllər yaz yağmuru)...

Ölməyə tələsirdin, amma yubandın.

Sular bulandığı gün ürək də bulandı...

Sən axı bütün arzuları devirdin.

Sən axı tək yatmağı sevirdin...

Heç kəsə demirdin dərin dərdlərini

Gizlətdin yatağı cırmaqlayan əllərini

Qırmızı dodaq, qırmızı filter tüstülər,

Bədən soyuqdan dona bilərmiş istidə...

Tənhalıq, depressiya, vahimə, soyuq tər,

Xatirələr, köhnə məktublar, bəd xəbər.

Alkoqol, narkotik, lirika preparatlar,

Radioda Waltz Boston qarışıq həyatlar,

Qarışıq saçlar, geyim, qarışıq işlərin

Və pritona ayaq basan növbəti müştəri.

Süni gülüşlərin, qısa öpüşlərin,

Sənə pul qazandıran saatla görüşlərin...

Hər gün görürəm səni nə qədər alçalmısan,

Qırışıb əllərin sən demə qocalmısan...

(Mən dəhşətə gəlmişəm)

Qara Dərviş

Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim, sən ki,

Gənc qalmışdın yaddaşımda, 17 yaşında.

Mən qocalırdım, sənsə cavan idin xəyalımda,

Uzun telli, ağ bədənli, incə belli...

Soyuyub sən demə əllərin,

Sən demə qocalıbmışsan sən də.

Şəhvətə gətirmir daha gözlərin,

Qocalmısan gözəlim. (x2)

Qara Dərviş & Okaber

Soyuyub sən demə əllərin,

Sən demə qocalıbmışsan sən də.

Şəhvətə gətirmir daha gözlərin,

Qocalmısan gözəlim...Qocalmısan...

See more
Okaber more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:https://www.facebook.com/okaber
  • Wiki:https://en.wikipedia.org/wiki/Okaber
Okaber Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved