Prelüd lyrics
Prelüd lyrics
Əvvəlcə Allahdan həyat istədim
O mənə qaranlığı verdi
Sonra Allahdan işıq istədim
Həmin gün mən doğuldum
Amma bu işıq çox parlaq oldu
Və mən qorxdum,ağlamağa başladım
Allaha yalvardım ki,məni qorusun
Elə həmin dəqiqə anam məni qucaqladı
Və mən sakitləşdim,sonra Allaha şükür elədim
Onda Allah mənim gözlərimi açdı
Başladım gülməyə,sonra böyüməyə
Hər kəs kim,və bir gün,bir gün
Allahdan xoşbəxtlik istədim
Amma səs gəlmədi
Yenə dua etdim,yenə də xoşbəxtlik gəlmədi
Onda anladım ki,xoşbəxtliyimi özüm tapmalıyam
Və başladım axtarmağa
Gücdə,şöhrətdə,qızılda,kitabda,elmdə
Hər yeri gəzdim,dolaşdım
Hər kəsdən soruşdum
Amma hər dəfə insanlar mənə səhv yolu göstərdilər
Və hər dəfə xoşbəxtlik sandığım qapıları
Var gücümlə döyəndə
Qapıları açan olmadı
Açılanlarda da xoşbəxtlik olmadı
Tapa bilmədim və yorulub başladım qayıtmağa
Yolda qoca,müdrik bir dərvişlə rastlaşdım
Və dedim : Xoşbəxtlik yoxdu
O isə dedi : Sən onu qıraqda axtarırdın
Amma xoşbəxtlik sənin içindədir
Mən inanmadım,onda dərviş əlimi götürdü
Və sinəmə qoydu
Dedi : Qulaq as,döyüntünü eşidirsən
Bu sənin xoşbəxtliyindir qapını döyür
Elə isə aç qapını...
İllər keçər ağrılar bir gün mənə yuxu kimi gələr unudular
Hər acı,hər kin düşmənlər olar uşaqlıq dostu
Ya da uzaq tanış,dalaş-barış
Hər nağılın sonu başqa bir nağılın başlanğıcı
Dəyişmir heçnə,dəyişən bircə divar təqvimimdəki yarpaqlar
Mən sularda tənha dənizçi,sən toruma düşmüş qızıl balıq
Həyat sınıx-salxağ bir körpü,ciynimdə çuxan,ayaqlarda çarıq
Gedirəm neçə qəlbim yurdundan qovuldum düşmən kimi
Neçə qəlbə dəvət aldım getmədim yaşadım gördüm mən insan kimi
Kitab arası qurudulmuş kəpənəylər kimi
Neçə ölü gözəllik məni aldatdı
Elə gün oldu ölünü də güldürdü
Elə gün oldu təlxəyi ağlatdı
Əhsən deyib güzgüdə əksimə güc verdim
Mənə ruh verdiki yenidən qalxım
Yenidən qalxdım,ayaqlarımın üstündə özüm durmuşam
Bugündə mən bitmiş bir payız kimi
Birinci qarın həsrətində
Küləylərimi şimaldan saldım
Buz şəhzadəm qismətimdə
Kaş bir günü qeybətsiz başa vuraq
Kaş bir gecə kabussuz yata bilək
Kaş vurulaq,sevilək sevgisi bitəndə
Biz də sevgini keçmişə ata bilək
Əl verin mənə dar günə xilasgar ip verin
Məni içimdən alacaq yol verin
Mənə yoldaşı çox olan dost verin
Məni qardaş çağıracaq gün verin
Mənə dünəndan fərqli güc verin gücsüzləri qoruyum
Söz verin mənə qəlbinizdəki qorxu bataqlığı bir gün qurucacaq
Dən verin ağ göyərçinlərə pəncərələrinizə dadansınlar
İmkan verin içinizdəki tələlər qəfəslər parçalansınlar
Azadlıq qarışsın qoy hər nəfəsə hər ürək alovlansın
Bugün elə bir şey edin ki,bir ildə on ildə keçsədə yadda qalsın...
- Artist:H.O.S.T.