My Heart Is Broken [Azerbaijani translation]
My Heart Is Broken [Azerbaijani translation]
Mən zamanın sonuna kimi veyllənəcəyəm,
Səndən qoparaq.
Mən ağrı ilə üzləşmək üçün qalxdım,
Gözlərimi yumuram və üz döndərirəm
Qorxu üzərində ki, heç vaxt tapmayacağam
Qəlbimi sağaltmağa bir yol.
Və mən zamanın sonuna kimi veyllənəcəyəm,
Səndən qoparaq.
Qəlbim sınıb,
Şirin yuxular, qara mələyim,
Ürəyimdəki
Qəm qalasından bizi xilas et.
Mən bu yolla yaşamağa davam edə bilmirəm,
Amma gəldiyim yola da geri qayıda bilmirəm.
Zəncirlənərək bu qorxuya ki, heç vaxt tapmayacağam
Qəlbimi sağaltmağa bir yol.
Və mən zamanın sonuna kimi veyllənəcəyəm,
Sənsiz yarımcan.
Qəlbim sınıb,
Şirin yuxular, qara mələyim,
Bizi xilas et.
Dəyiş - gözlərini işığa aç,
Mən bütün bunu uzun müddət inkar etdim, oh, uzun müddət.
Əlvida de, əlvida!
Qəlbim sınıb,
Məni azad et, gözləyə bilmirəm,
Bizi xilas et.
Qəlbim sınıb,
Şirin yuxular, qara mələyim,
Qəm qalasından bizi xilas et.
- Artist:Evanescence
- Album:Evanescence (2011)