İkinci səhifə lyrics

Songs   2024-10-05 01:06:06

İkinci səhifə lyrics

Ölümlə həyat arasında bir addım var, cəmi bir addım...

Azadlıqla qul olmaq arasında bir addım var..

Siz yazmadız...

Azadlıqla qul olmaq arasında bir addım var

Azadlıq yaratdılar, sonunda dağıtdılar

Nə mənim qanadım var qandalları qırım, uçum

Təhlükə anında bir addım geriyə və hücum

Bu sətrlər vücudum, həm yol, həm uçurum

Bu sətrlər yaşayır bağlansa da əlim, qolum

Bu sətrlər qoruyur sevgini, olmasa da sevgi

Bu sətrlər feryad qoparanların həyacan zəngi

Başlıqsız sətrlərim, mənim obrazım çətin

Yazılarımda tapılır izi qanlı cinayətin

Həyatım kinayəsiz, insanlar aləmində

Varlıların cənnəti, kasıbların cəhənnəmində

Hərənin öz ölümü var, hər ömrün qəbahətləri

Elə günahlar var sonsuz, yoxdu nəhayətləri

Müxtəlif insanlar, müxtəlif düşüncələrlə

Dözülməz yaralar var ağır dərəcələrlə

Elə günlər yaşadım mən ki, nələr görmüşəm mən

Elə darvazalar var ki, arxasında çürümüşəm mən

Elə dost gördümki, dar günümdə kor, qulağı kar

Elə həkimlər gördüm, bugün xəstəliyimə səbəbkar

Elə sevgilim olubki xəyanət ardınca xəyanət

İndi məhəbbətdə xəyanət nədənsə olub adət

Bu hələ başlanğıc, hələ nə qədər fikirlər var

Və onlar bilmirdilər ki, başlıqsız sətrlər var

Başlıqsız sətrlər yazılanda hər dəfə

Sətrlərim ölümlə həyat arasında məsafə

Sətrlər müharibe, müharibə, müharibə!

Əvvəl birinci səhifə, bu da ikinci səhifə

Elə rejim gördüm, despotizm, diktatura

Elə həyat yaşayırıq, başdan ayağa karikatura

Elə rüşvətxor gördüm, onu ancaq torpaq doydurar

Çarəsi olsa Azərbaycanın adını korrupsiya qoydurar!

Elə şərait var. adlanır müharibə şəraiti

Amma əsgər hər ay itir və çoxalır fərarilik

Elə evlər var yetimxana, divarlarında həsrət

Elə qızıl imarətlər var, hasarlarında nəhlət!

Bazarlarında millət, rüşvət qanuna salınır

Elə şirin yuxularımız var, məsələn Qarabağ alınıb

Elə vətənim var müğənnilər əsgərdən çoxdu

Barları və gecə klubları səngərdən çoxdu!

Elə günlər olub biraz çörək tapmaq qəriz olub

Mülki də olmasa da, hərbidə 100% olub

Bu hələ başlanğıc, açılmayan sirrlər var

Və onlar bilmirdilər ki, başlıqsız sətrlər var

Başlıqsız sətrlər yazılanda hər dəfə

Sətrlərim ölümlə həyat arasında məsafə

Sətrlər müharibe, müharibə, müharibə!

Əvvəl birinci səhifə, bu da ikinci səhifə..

Mən sizdən fərqliyəm, siz ölürsüz, amma mən əbədi yaşayıram.

Çünki öz əsərlərində yaşayanlar ölmürlər...

See more
Okaber more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:https://www.facebook.com/okaber
  • Wiki:https://en.wikipedia.org/wiki/Okaber
Okaber Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved