Hardadır? lyrics

Songs   2024-07-07 09:24:50

Hardadır? lyrics

(verse:Qaraqan)

Səni mən oğurladım cənnətdən

Sən mələksən, gözlərin cəngərliklərində mən tamam azdım

Dedim yazmıyacam bir də sevgidən mən

Dedim yazmıyacam yazmıyacam və sonda yazdım

İstədim günəş olum ki hər səhər səni görüm çıxanda

İstədim külək olum ki rəqs edim saçlarınla

Həyat çox mürəkkəbdi, bəzən dözülməz yaşamaq

Ama ki sən varsan həyatın ən çətin anlarında

Qələmi göz yaşıyla suladığım bu bəyaz sətirlər

Bi kimik ki sevgi qapısında kasıb səfillər

Biz kimik ki uzun bir əsərdə bir neçə cümlə

Biz kimik ki yuxardan baxsan bir neçə nöqtə

Sənin baxışların danışırdı başqa dildə

Elə bil ilk dəfəydi həyatında məni görürdün

Bəlkədə əvvəllər baxırdın bir dost kimi

Ama bu gün son baxışlarında məni sevirdin

Qara divarda bəyaz təbaşirlə günəş çəkdim

Mən hələ son yüz ildə bu qədər sevməmişdim

Sənin bəbəylərin məni dərinliyinə çəkdi

Mən hələ bu qədər dərinliydə üzməmişdim

(Nəqarət:Qaraqan)

Hardadır külək? Hardadır yağış?

Hardadır mənim sevgilim hardadır?

Hansı evdə? Hansı pəncərələrdə?

Hansı binalarda? Hansı küçələrdə?(x2)

(verse:Qaraqan)

Yaxınlaşır noyabr, otaqda isti kamin

Bizim hisslərimizi sanki təsvir edib Dali

Qorxurdum gözlərindən, qorxurdum soyuq səsdən

Sən bəzən bilmədən incidirdin bəzən qəsdən

Radio dalğaların zərif xışıltısına daldıq

İnsanlar qaçdılar, getdilər biz burda qaldıq

İndi şəhər tamam boş, Bakıda yoxdu heçkəs

Ya da ki şəhər doludu sadəcə biz gözə görünməz

Keçər illər sən olarsan xoş bir nostalji

Köhnə fotoalbom sirləriylə bölüşdükcə

Uşaqlıq illərinin səliqəsiz xatirəsi

Barmağım şəkildəki gözlərinlə sevişdikcə

Uzun illər sonra şıltaq sevgi həvəsində

Mən indi qul olmuşam azadlığın qəfəsində

Və bəlkə bir gün sən yadına salıb sevgimizi

Sakitcə ağlıyarsan otağın bir köşəsində

(Nəqarət:Qaraqan)

Hardadır külək? Hardadır yağış?

Hardadır mənim sevgilim hardadır?

Hansı evdə? Hansı pəncərələrdə?

Hansı binalarda? Hansı küçələrdə?(x2)

(verse:Qaraqan)

Sən yoxsan yanımda. Yaxşı bəs hardasan sən?

Bəlkə gizlənirsən boz kütlənin arasında?

Mən səni görməsəmdə, tanıyıb bilməsəmdə

Bil ki sevgimizi dəyişmərəm başqasına

Səni tanıyacam mən yazacağam məktublardan

Ya da ki gözlərin əridərək divarları

Mən yığıb ümidlərimdən sənə bir gül dəstəsi

Sən gizlədərsən başqalarından onları

Görüşür gözlərimiz hər gecə ulduzlarda

Sən məni tanıyırsan, bütün həyatım mahnılarda

Mən səni görməmişəm tanıyıram yuxulardan

Bilirəm bir gün səni tapacam Esmeraldam

Qurduğum xəyallar tək, vurulub ilk baxışdan

Biz rəqs edərik dəli kimi küçənin ortasında

Həyatımız nağıldı, sevgi növbəti səhifə

Görəsən nə gizlənir o səhifənin arxasında?

(Nəqarət:Qaraqan)

Hardadır külək? Hardadır yağış?

Hardadır mənim sevgilim hardadır?

Hansı evdə? Hansı pəncərələrdə?

Hansı binalarda? Hansı küçələrdə?(x2)

Hansı səkilərdə? Hansı şəhərlərdə?

Hansı nömrələrdə? Hansı mənzillərdə?

Hansı otaqlarda?

Mənim sevgilim dinliyir sakitcə məni dinliyir...

  • Artist:Qaraqan
  • Album:Qısa Qapanma
See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved