Gəl barışaq lyrics
Gəl barışaq lyrics
Bənd 1
Bugün başqa bir əhval parlar içimdə
Ürəyim "sən, sən" deyə ağlar içimdə
Son qoyum bu həsrətə barışım səninlə
Tərəddüdüm yoxdu ki bu seçimimdə
Bizimki yollarımız ayrıla bilməz
Bu sevgi tellərimiz qırıla bilməz
Desən əgər sevmirəm, bu ola bilməz
Ürəyində gülüm belə tez sola bilməz
Nəqarət (x2)
Küsmək zəhərsə, barışmaq bal pətək
Gəl bu sevgimizin şirin şərbətin içək
Bilirəm darıxmısan səndə mənimtək
Sarılarsan mənə yenə üzümü görcək
Gəl barışaq səninlə bugün
Qoy bu məhəbbətimiz üzümüzə gülsün
Bilirəm darıxmısan sən də mənimçün
Biz yaranmışıq bir birimiz üçün
Bənd 2
Sevgi olan yerdə küsüşmək olur hərdən
Bir birimizi sevirsək əgər dərindən
Ürək daş olsa da qısqanan hislərinlə
Əriyə bir mum kimi xatirələrdən
Dözə bilmirəmki sənsiz etiraf edim
Məcburam addım atım güzəştə gedim
Bu annan əhvalımı təmiz saf edim
Gəl barışaq səninlə, gəl barışaq dedim
Nəqarət (x2)
Küsmək zəhərsə, barışmaq bal pətək
Gəl bu sevgimizin şirin şərbətin içək
Bilirəm darıxmısan səndə mənimtək
Sarılarsan mənə yenə üzümü görcək
Gəl barışaq səninlə bugün
Qoy bu məhəbbətimiz üzümüzə gülsün
Bilirəm darıxmısan sən də mənimçün
Biz yaranmışıq bir birimiz üçün
- Artist:Talib Tale