Esmeralda lyrics
Esmeralda lyrics
Mənim Esmeraldam tətiyi bir az bərk sıx
Son arzum bir qurtum su yanağına bir az zər tök
Payızdan sağ çıxan tək yarpaqlar möcüzəydi
Bu qədər gözəl qızın dilənməyi də möcüzəydi
Möcüzəydi sanki fırıldaq bir sehirbazın illuziyası
Gözəl idi sanki renesans dövrünün florensiyası
Sürreal hər bina hər daş hər səki dumanlı örpək
Gördüm və durdum yorğun baxışlar bir anlıq pəltək
Barmaqlarıma qulaq as tərs qələm yaz ancaq düzün yaz
Payiızdır amma bəzər çiçəklər qızın üzün yaz
Mənim əziz dilənçim mənim yetim şəhzadə qızım
Danış mənə həyatıvı danış ətrafıi uzun
Danış necə sərxoş atan bir gecə səni küçələrə atdı
Danış necə soyuqdu səkilər necə ağır həyatdı
Danış çirk paltarından üstündəki ləkələrdən
Danış sevinc gəmivi batıran qəddar ləpələrdən
Mənə Danış quru çörəyin dadından əl açıb dilənməkdən
Mənə Danış bəzənmiş qızların yanında utanıb ölməkdən
Mənə Danış balaca bacından mənə danış xəstə anandan
Mənə Danış yarısın səmimi yarısın yalandan
Gizlət məndən dükandan bir dəfə yaylıq oğradıgıvı
Gizlət məndən hər nahar suya çörək doğradığıvı
Gizlət məndən o gecə biqeyrətlərin sənə əl atmağını
Gizlət məndən uşaqların sənə barmaq uzatmağını
Gizlət məndən adıvı mənə ruhundan danış
Gizlət məndən iradəvi mənə qorxundan danış
Mənə Danış yuxularında gördüyün gəlin paltarından
Mənə Danış qaraçı nəslindən vətən yurdundan danış
Indi çox pis zamanə yox ele həmişə pisdi
Sənin zümrüd gözlərin sevgi dolu baxışın isti
Mənim tüklərim indi biz-biz həddi aşdım keçdim
Şəhzadələr içində yorğun gözlər səni seçdi
Indi mənə rəhm elə sən qoy bir az mən danışım
Danışım pul çirki ilə bozarmış qəlbdən danışım
Danışım boş otaqda üstümə gələn divarlardan
Danışım var-dövlət adlanan dəmir hasarlardan
Danışım çirkin cəmiyyətdən bu qədər süni ətrafımdan
Danışım diplom şəxsiyyət vəsiqəsi kağız həyatımdan
Danışım nəzir qutusunun içinde gizlənən Allahımdan
Danışım azadlığım pencək altı fəryadından
Danışım günahlarımdan savablarımı gizlədim
Danışım dərin yaralarımdan qanadlarımı gizlədim
Gizlədim biləklərimi qara qan damara qarışarkən
Gizlədim gözlərimi yaşla dolub alışarkən
Gizlədim səndən köynəyin altında gümüş zəncirim var
Gizlədim səndən evdə məni gözləyən sevgilim var
Yox olsun zaman məkan bir anlıq hər şey getsin
Zümrüd gözlərin qara bəbəylərimin içində itsin
Ey qiz məni qoyma yalqəz bitəcək bu dərdlər
Qəlbimizdə ağrə yandıranda bağrı
Yolumuzda sonsuz oxu mənə lay-lay
Mənim Esmeraldam mənim Esmeraldam
Məni qoyma yalqız bitəcək bu dərdlər
Qəlbimizdə ağrı yandıranda bağrı
Yolumuzda sonsuz oxu mənə lay-lay
Mənim Esmeraldam mənim Esmeraldam…
- Artist:H.O.S.T.