Dekabr və Payızım lyrics

Songs   2024-07-07 09:16:29

Dekabr və Payızım lyrics

(verse: Qaraqan)

Yarpaqları tökülür bu parkın

Payız qocalır və ağarır saçları

Yüz min kilometr addım atdım

Ölü padşahların qırılmış tacları

Həyat bacarır, həyat iyrəndirir özündən

Sonra yenidən sevgimizi alır

Mən gözləmirəm day sabahı

Bu gun dekabr mənim payızımı basdırır

Gözlərimdə yaş, ümidlər içimdə parçalanıb

Mən həmin Qaraqan deyiləm

Kağız nifrət eliyir, qələm yazmağa utanır

Ama mən başqa şey bilmirəm

Qoy bu otaqda məhv olsun etiraf

Şəhzadə yataqda gözləyir ehtiras

Ama sətir misranı qoymur bıraxım

Bu gun dekabr mənim payızımı basdırır

(verse: Qaraqan)

Onun bədənində mənim tərim

Dərin addımlar, nəfəslər dərin

O unudub indi zamanı, məkanı,

Tarixi, adını, sözləri, hərfləri

Divarlar sıxır, çiyinlər sıxır

İncə qadın kobud qolların arasında

Zamanın arasında tapmışıq sonsuzluq

Beyin sıxır, dırnaqlar cızır

Mənim kürəyimdə xətlər çəkir

Şəhzadəm ahlar çəkir

Sülh bayraqları çəkir, olur təslim

Mən iblis, aramızdakı tilsim

Mən öyrədirəm ona bu rəqsi

O sevir, bilə-bilə ki, gedəcəm mən əbədi

Bədənim yanır, ruhum azdırır

Bu gun dekabr mənim payızımı basdırır

(verse: Qaraqan)

Yatır şəhzadə səhər, açıq pəncərələr

Mən durmuşam onun önündə

Mənim beynimdə ölümcül zəhər

Mən getməliyəm oyanmamış o gözlər

Mən qoymalıyam məktub ya çiçək

Addımlar, bir də qış dolu o küçə

Sevginin son rəqsi idi bu gecə

Bu yuxu ola bilməz əbədi, gerçək

Külək tələsdirir dəqiqələri

Onun barmaqları, kiprikləri məni eliyir dəli

Ya da heç nə qoymadan gedəcəm

Şəhzadəmdən doymadan gedəcəm

Birdən çılpaq mələk səsdən ayılır

Öpüşlər, göz yaşı, sınır ayrılıq

Səni sevirəm, qollarımız sarılır

Bağışla dekabr, payızım qayıdır

See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved