Başqa Həyatlar lyrics

Songs   2024-07-04 15:12:28

Başqa Həyatlar lyrics

Boz səmadan yağacaqsa

Qarla yağış eyni vaxtda

Mən sevinəcəm

Açacam barmaqlarımı

Tutacam yarpaqlarından

Buraxma məni payızım

Əgər gəlsəydi göydən səs

Mən bilərdim əbəs getməyib bu millətçün alın tərimiz, ağır nəfəs

Əgər versəydi Tanrı bir işarə anlayardım

Şair qanına susamış zəmanə, yırtıcı əsr

Əgər sussaydı tənqidlər və olsaydı alqışlar

Mən biləcəydim yenə də hardansa gəlir qarğışlar

Ana, məni bağışla, ata, nolar, məni bağışla

Bu bəyaz vərəqlərin zindanlarında olmuşam həbs

Bu ağlayan qələmin gözyaşlarında olmuşam həbs

Bu qara xalqın son ümidlərində olmuşam həbs

Bu qanlı dalğaların axınına mən çıxmışam əks

Və başqa həyatları öz həyatıma mən eləmişəm həsr

Boz səmadan yağacaqsa

Qarla yağış eyni vaxtda

Mən sevinəcəm

Tutacam yarpaqlarından

Buraxma məni payızım

Boz səmadan yağacaqsa

Qarla yağış eyni vaxtda

Mən sevinəcəm

Açacam barmaqlarımı

Tutacam yarpaqlarından

Buraxma məni payızım

Boz səmadan yağacaqsa

Qarla yağış eyni vaxtda...

See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved