Toppuş qızlar [Топпуш гызлар] lyrics
Toppuş qızlar [Топпуш гызлар] lyrics
Toppuş qızlar, ağlar, qaralar (x4)
(?) Şərq aləmi, bizim Bakı gözəlləri
Yayda parlayır çimərlik sahilləri.
Qızmar günəş, heç kəs yoxdur şəhərdə,
Hamı burda dincəlir, axşam da, səhər də,
Gecə də, qoca da, cavan da, qız da,
Oğlan da, hətta qonaqlar da.
Gənclər atlanıb düşürlər burada
Hip-hop, rep sədaları altında.
Həri, həri, azəri gözəlləri!
Onlardan da gözəli var, o da yalnız özləri.
Bəziləri, bəziləri, naz-naz edərlər,
Cib telefonları əldə gəzdirərlər,
Saçlarını çiyinə sərərlər,
Özlərini günəşə verərlər.
Xəzərə baxıb paxıllıq edərlər,
Çünki orada çimir bir başqa gözəllər
Toppuş qızlar, ağlar, qaralar (x4)
Qızlar, kimdir cazibədar, heyran, ceyran?
Bütün məclislərdə parıldayan?
Qara qaşın məsməsi dedik, inanmayın.
Sarı gəlinim dedik, aldanmayın
(?) füsünkar gülümsəmə,
Sizə, bizə, ona, buna, mənə, sənə.
Çəkidə o ceyran bir qədər ağırdır.
Dünyada (?) göydən konfet yağırdı.
Qız gözəlsən, ora-bura baxırsan,
Çox yeyirsən, gülürsən, kökəlirsən, gedirsən, gəlirsən.
Şipşirinsən sən. Azərisən sən.
Mənimçün əzizsən, yumrusan, mənimsən özün sən.
Görəsən (?) utanmırsansa sən.
Arerobikaya getmirsən, əcəb eləyirsən.
Köksən, yaxşısan, əcəb eləyirsən
Toppuş qızlar, ağlar, qaralar (x4)
Toppuş qızlar şəhərdə, hər yerdə və hər yanda,
Hətta Dəyirman da onları sevir, fəxr edir,
Onları musiqiylə səsləyir
Bir yox, iki nəfər ayağa durur
Toppuş qızlar metroda daim oturur.
Bütün dükanlarında, hətta bazarlarında,
Çətinlik çəkirlər onlar paltar almaqlarında
Ya da bulvarda millətin arasında
Utanırsa, qızarırsan, sıxılırsan, sonunda
Heç dəxli var? Vecinə də alma.
Dietlərə, pəhrizlərə özünü sən salma
İndi hamı birlikdə
Xanımlar, bəylər, bütün insanlar
Durun ayağa və bizimlə bir yerdə...
Dəyirman məclisdə. Nə?
Qışda bulvarda. Hə.
Sizlə birlikdə. Hə.
Yay vaxtı çimərlikdə. Hey!
Dəyirman məclisdə. Nə?
Qışda bulvarda. Hə.
Sizlə birlikdə. Hə.
Yay vaxtı çimərlikdə. Hey!
Toppuş qızlar, ağlar, qaralar (x4)
Bakı, Bakı, şərqdir və qərbdir.
Toppuşlar üçün yaxşı səbəbdir.
Sifətdən qərblidir, bədəndən şərqli,
Bütün qızlardan bir qədər fərqli.
Onlaradır bizim məhəbbətimiz.
Sevincimiz, şanımız, şöhrətimiz
Milyonlarla, milyonlarla dünyada insanlar,
Var bizdə, var bizdə var bizdə toppuşlar.
Ağlar, qaralar var, sarılar da varlar.
Fəxrlə deyə bilər bunları onlar.
Hamıdan gözəl topuşlardır dünyada.
Şərqdə, qərbdə, cənubda və şimalda.
Siz necə varsınız, elə də gözəlsiniz.
Bu həyatda xoşbəxt yaşayarsınız.
Siz necə varsınız, elə də gözəlsiniz.
Bu həyatda xoşbəxt yaşayarsınız
Toppuş qızlar, ağlar, qaralar (x4)
- Artist:Dayirman
- Album:Qurd (Гурд)