Yanımda qal lyrics

Songs   2024-10-18 10:36:39

Yanımda qal lyrics

Bənd 1

Gəl barışaq gec olmadan, ömür gedir vaxt tələsir

Mənki səni bir dəfəlik ürəyimdə ettim əsir

Uzaq olma yad deyiləm, sevgin ilə tut əlimdən

Hərarətin hiss eləyim, əlim ayağım tir-tir əsir

Hərarətin hiss eləyim, əlim ayağım tir-tir əsir

Nəqarət x2

Tək mənim ol yanımda qal

Ötənləri bir yada sal

Daha durma önümdə lal

Bir cavab ver belə qalma

Soyuqluğun daha pisdi

Bu nə dərddi bu nə hissdi

Qəlbin soyuq əlin isti

Mənə qarşı soyuq olma

Bənd 2

Sənə aid olan yerə bir özgəni qoymamışam

Özgə telə sığal çəkib, ətrindən uymamışam

Bitə bilməz, bir-birinə hisslərimiz bitə bilməz

Mən hələdə bu sevgidən, bezməmişəm, doymamışam

Mən hələdə bu sevgidən, bezməmişəm, doymamışam

Nəqarət x2

Tək mənim ol yanımda qal

Ötənləri bir yada sal

Daha durma önümdə lal

Bir cavab ver belə qalma

Soyuqluğun daha pisdi

Bu nə dərddi bu nə hissdi

Qəlbin soyuq əlin isti

Mənə qarşı soyuq olma

See more
Asif Maharramov more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Pop
  • Official site:
  • Wiki:
Asif Maharramov Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved