salam Allah lyrics

Songs   2024-07-07 08:14:07

salam Allah lyrics

Salam, Tanrı, neçə vaxtır buralara gəlmirəm mən

bilmirəm haradan başlıyım helə başlıyacam əvvəldən

o tər-təmiz illərdən nə vaxt ki qəlbim günahsız

ən yaxın dostlarımla bu məscidə gəlirdim mən

zəif və gücsüz dizlər çökərkən dualarda

qıldığım hər namaz çəkdiyim hər səcdə yadımda

yadımda səni görmək arzular və dərin hisslər

mən onda dəqiq bilirdim ki, kimi yaxşılar kimdi pislər

uca Allah indi hisslərimdə məftillər və qan

mənim içimdə indi dustaq yatır yaxşı insan

güzgüdən baxan adamda deyil artıq mənim əksim

titrəyən dizlərim günahlarıma bağırır təslim

səndən də gəlmədikcə səs ya mən eşitmədikcə

daşlandıqca ruhum vicdanım iradəmi əzdikcə

hər əsdikcə payiz küləkləri gəldikcə əzan

tüklərim biz-biz durur dözmək çətin demək asan

kimlərə çevirdi zaman və bu acı üsyanlar

sən demə doluymuş çirkabla həyat çirkab insanlar

sən demə doluymuş yalan ətrafım nifrətlə

yaxınlarım gözlüyürmüş yıxılmağımı həsrətlə

belimi sındırsalarda kəssələrdə əllərim

ancaq sənin qarşında çökəcək mənim dizlərim

və rəng-bə-rəng adamların üstünü örtükcə qar

baxıram ətrafıma səndən başqa de kimim var

uca Allah göndər səmadan mələk qurtar məni

bu bədən ruhuma zindan sağlıyır dustaq məni

burax məni mən artıq öyrəndim gəzməyi Allah

və nə vaxt yıxılsamda biləcəmki, günah mənim, sınaq mənim

mən özüm dözməliyəm bunlara Tanrı sınaq mənim

mən özüm tanımalıyam insanları

vicdanların taparaq dərinlərdə hardasa icdə

mən bilirəm çirlki qəlblərində hər bir Mələk gizlər

ay Allah keç günahımdan mənim valideynlərimin

bağışla yaxınlarımı, dostlarımı, bağışla məni

bağışla millətimi və bağışla bu avam xalqı

onlar bilmir neyniyir qulaqları kor gözlər baqlı

və əyər çıxacaqsa içlərindən bircə insan

bircə insan anlasa ki, icində var təmiz vicdan

cəmi bir nəfər ürəkdən inanacaqsa sənə,

mən biləcəyəm ki, ölmüyüb, sağdı Azərbaycanda İslam

See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved