Sakit Okean lyrics

Songs   2024-07-07 08:30:29

Sakit Okean lyrics

(verse: Qaraqan)

Ovcumda gizlədib hamıdan göy qurşağını gətirdim sənə

Saçlarına günəşin saçaqlarını qopardıb taxdım mən dənə-dənə

Gecələr mən alov kimi isitdim, bir an belə soyuq olmasın dünyan

Mən sənə sevgi, sən mənə saman altından Sakit okean

(verse: Qaraqan)

Dağlardan hasar tikdim ki, külək, tufan toxuna bilməsin sənə

Buludlardan xalça toxudum, sərdim, rahat olsun qoy hər yer sənə

Ağaclardan düzəltdim çəpər, gələ bilməsin nə pələng, nə aslan

Mən sənə sevgi, sən mənə saman altından Sakit okean

(verse: Qaraqan)

Vaxt keçdi, üstü açıldı, ömrü qısa olur hər bir yalanın

Soruşdum var mı qəlbində sevgin, rəhmin, qürurun, vicdanın

Ama gördüm xeyri yoxdur, sən tanımırsan nə şahı, nə üsyanı

Mən də saldım samanımın altına yavaş-yavaş qalan üç okeanı

See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved