Sadəcə Bir Rəqs lyrics

Songs   2024-07-07 07:47:46

Sadəcə Bir Rəqs lyrics

(verse:Qaraqan)

Mən sevgi istəmirəm. Sadəcə bir rəqs

Gəlin unudaq gələcəyi keçmişi

Xanım sizdən gələn ətir necə də gözəldi

Deyiləm sərxoş, ümumuyyətlə içmirəm

Nəyə gərək stres, siz gözəl qadınsız

Komplimentlərə artıq öyrəşməlisiz

Və belə ekzotik gecələrin birində

Mən inanmazdım qarşıma çıxacaq şəhzadə

Mən sevgi istəmirəm. Sadəcə bir rəqs

Qoy bu rəqs olsun bizim sirrimiz

Ətrafda insanlar, biz onlardan fərqli

Görün necə ürətlənir bizim rəqsimiz

Uzun illik səyahətlərdən qayıtdım

Sevirəm okeanı, orda mənim yaxtam

Əgər siz bir gülüşlə versəz razılıq

İstiyərdim sizi bir gecəlik qaçırdım

(Nəqarət:Qaraqan)

Keçəcək günlər, keçəcək illər

Qalacaq xoş xatirələr bizə

Çökəcək dizlər. Neçə sevgililəri,

Çəkəcək yenə cazibələr sizə

Bizim gecəmiz göydə ulduzlar

Qalmasın gizli, gizli arzular

Yoxdu təsadüflər, bu taleyimiz

Bizi gözlüyür dalğalı dəniz, dalğalı dəniz

Yoxdu təsadüflər var taleyimiz

Artıq siz və mən qaldıq ikimiz, qaldıq ikimiz..

(verse:Qaraqan)

Mən sevgi istəmirəm. Sadəcə bir rəqs

Zaman dayansız rəqs edək əbədi

Olmasam düzgün seçim,olacam dərs

Bəlkə unudulmaz xatirənin səbəbi

Sizi axtarırdım çox uzaq sahillərdə

Hardan biləydim bu qədər yaxınsız?

Və əgər şəhzadə çəkinirsə markizdən

Siz artıq qorxmursuz gözlərimə baxırsız

Mən sevgi istəmirəm. Sadəcə bir rəqs

Sizə göstərərdim dənizlərdə dalğaları

Buraxmır valideyinlər, onları aldadın

Bu gecə Allah da günahları bağışlıyır

Təmiz səmada ay, qıraqda boş halleya

Mənim nəfəsim qızdırar əlinizi

Və əgər bir gülüşlə versəz razılıq

İnana bilmirəm siz artıq gülümsədiz

(Nəqarət:Qaraqan)

Keçəcək günlər, keçəcək illər

Qalacaq xoş xatirələr bizə

Çökəcək dizlər. Neçə sevgililəri,

Çəkəcək yenə cazibələr sizə

Bizim gecəmiz göydə ulduzlar

Qalmasın gizli, gizli arzular

Yoxdu təsadüf,bu taleyimiz

Bizi gözlüyür dalğalı dəniz, dalğalı dəniz

Yoxdu təsadüflər var taleyimiz

Artıq siz və mən qaldıq ikimiz, qaldıq ikimiz..

  • Artist:Qaraqan
  • Album:Qısa Qapanma
See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved