Söndür Dünyanı lyrics

Songs   2024-07-07 09:26:02

Söndür Dünyanı lyrics

(verse: Qaraqan)

Yandır iPod`u, söndür dünyanı

Qoy bu gün bizə heç kəs mane olmasın

İcazə ver səni möhkəm qucaqlayım

Qış mahnılarında sənə soyuq olmasın

İcazə ver səni dərinə aparım

Dərinə hoparam, mən sən olaram

Və yanından keçən o özgə adamlar

Bilmirlər nə deməkdi mahnıyla yaşamaq

Mahnıya xoş gəldin, birazca darısqaldı

Ama ikimizə bəs edər iki qulaqlıq

Gözlərini yum, hər şeyi unut

Burda tək sən varsan, bir də mən varam

Bir də piano, başqa bizə nə lazım?

Axı biz azadlıq axtarırdıq, azadlıq

Rahat ol, keç içəri, sağda yataq otağı

Solda mətbəx, hə, burda da ki, nəqarət

(Nəqarət: Qaraqan)

Bu bizim mahnımız, gör necə süzülür ruhumuza bu səslər

Sözüm bitməyəcək dolmamış dünyadakı son dəftər

(verse: Qaraqan)

Həyat qəribədir, mən lap qəribəyəm

Hələ də talehdən nə istədiyimi tam bilmirəm

Pul, ev, ailə, iş, maşın

Ya da rəqs eliyim altında yağışın

Burdan qaçmaq lazımdı çantaya toplayıb bir neçə xatirə

Burdan qaçmaq lazımdı, iç səbəbləri nəticələri qus

Mənim üçün Bakının ikinci adı qış

Bu şəhər məni dəyişir, qanadlarımı qırır, adiləşdirir

Bahalı vitrinlər salır öz tələsinə

Yarı yolda atanlar öldürür həvəsimi

Və sonda anlayırsan, hamı atıb gedəndə

Qalanda tək, qəlb tüpürəndə, ağrılar

Ən sonda anlayırsan, hamı atıb gedəcək

Qalacaq bir neçə megabyte mahnılar

(Nəqarət: Qaraqan)

Bu bizim mahnımız, gör necə ruhumuza süzülür bu səslər

Sözüm bitməyəcək dolmamış dünyadakı son dəftər

(skit: Qaraqan)

Yandır iPod`u, söndür dünyanı...

See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved