Qarada Qırmızı lyrics

Songs   2024-11-29 08:12:23

Qarada Qırmızı lyrics

Qaldırın əlləri bizlə bir yerdə siz

HOST hücuma başladı sındırıb belləri

Gündə bir nəfər əlavə ordumuza gəlir

Tozlu küçələrin canına qorxu tapın bizləri

Və polisə təslim edin

Nə qədər azdır sayımız KQB izləsin

İçimizə salın gizli casus yolumuzu kəssin

Ayrə-ayrı hər birimizi qaldırın siz aradan

Qovun ali məktəbimizdən nə qədər azıq

QaraQan qələmi götürüb söz yazır

Nə oğurluqdu nədə ki cinayət

Amma hər ikisindən təhlükəlidir

Dinliyənlər olur zombi və artır ordumuz

Cənab hakim bizim orduda sizində oğlunuz

Qarşı çıxmağa çalışma

HOSTun işinə sən qarışma

Repçi deyiləm Məndə Varama getmirəm

Yox yarışma fəlsəfəm fərqli işim deyil təkcə mahnı oxumaq

Məqsədim özüm kimiləri eyni yerdə yığmaq

Dairənin içində ulduz rəngimiz qarada qırmızı

Deyirik sevgi yoxdur yalan var və tutub hər kəsi

İçini günahlar yeyir çölünü yeyir quduz cəmiyyət

Dostla tanışlar arası bizdə var böyük sərhəd

Hər tərəfdə saxta rüşvət vəhabilərə dönür millət

Bir tərəfdə nurçulardı bir tərəfdə ateistlər

Bir tərəfdə müxalifətçilər boş fikirləriylə

Hakim olmaq istəyir bacarmayan özləriylə

Fahişələr,mavilər və təzəcə çıxmış lezbiyanlar

Dünən ruskayazıçnalar bu gün olub anqliçanlar

Yaxşı bizim protestantlar sizdə olun anqlikanlar

Sətirlərim batalyonlar qafiyələr partizanlar

Qalxır əllər havaya hələdə enməməkdədir

HOST albom havayı amma hamı dinləməkdədir

Yox yol başqa cürədə ola da bilməz

Axı bu repdə yeni bir postdu

Dostum HOSTdu seç

Ya düşmənsən ya da ki dostum

Mən inanmıram səhər nə vaxta açılar

Mən inanmıram əriyər buzlar ürəydə

Mən inanmıram bitər içimdə gecələr

Mən inanmıramm HOST inanmır

Sizdə inanmayın

Yalan satan satıcıların ölçüləri yalan

Sədaları İç xəbərləri və Carçıları yalan

Demokratçılar yalan ağ ev boyda ağ yalan

Sağ qalan HOSTa gəlsin

Deyin varmi sağ qalan?

İdeallarımız taxta çıxdı

Söz verdilər saxta çıxdı

Gözünə qorxu yad olana

HOST qapısı hər an açıqdı

Azad cəmiyyət ayağa qalxdı

İndi bizim ulduz vaxtı

Qəmli dərin məna gecə

Sonda yenədə xoruz çıxdı

İrəli gedəsi gənclər yenədə geriyə qaçır

Boş başlar bir qazanda qaynayanda ancaq buxar çıxır

Dəyişəcəm deyir qurtaraq deyir söz verir

İllər öncə batmış insan boğulanamı əl verir?

Yenədə şou səhnə pul

Yenə də biz bizdə yol

Sağ ya sol

Düzgün ol

Sərhədlərdən təcrid ol

Qoyunlardan ol qoçu

Tülkülərdən ən bic ol

Kərpic ol biraz möhkəm ol

HOST divarina dəstək ol

Komplekslərivə əsir oldun

Bizdə yoxdu bu qorxaqlıq

Aylıq maaşa telefon aldın

Bizdə yoxdu bu axmaqlıq

Təklənəni get səndə vur

Bunlar sayılır qəhrəmanlıq

Küçələrdə canfəşanlıq nə səs küydü?

Qarabağı aldıq?

Yoox.Qızıl medal aldıq

Woow super parlaq olduq

Uduzanda bəs söyürdük

Yox indi peşman olduq

Elə biz həmişə dustaq olduq

Bərk gedənə quyruğ olduq

Biqeyrətlər yığımı olan Avropaya qoltuq olduq

Qalxır əllər havaya hələdə enməməkdədir

HOST albom havayı amma hamı dinləməkdədir

Yox yol başqa cürədə ola da bilməz

Axı bu repdə yeni bir postdu

Dostum HOSTdu seç

Ya düşmənsən ya da ki dostum

See more
H.O.S.T. more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:http://havaodsutorpaq.com/
  • Wiki:http://az.wikipedia.org/wiki/H.O.S.T.
H.O.S.T. Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved