Qısa Qapanma lyrics

Songs   2024-07-07 07:38:14

Qısa Qapanma lyrics

(verse:Qaraqan)

Bizim neçə ilimiz qalıb dost?

Görəsən payız hansı yarpaqları tez tökür?

Görəsən nə qədər təsirli olacaq epiloq?

Zaman qəbir qazdıqca insanlar da ev tikir

Zaman qırılmış ümidlərin son qərarı mənzili

İnsanlar torpaqdan düzəlmiş çirkli oyuncaqlar

Şəhər çoxdan bürünüb boz əlcəyli magistrallar

Otağın bir küncündə çirki oyuncaqlar

Yenə də sən gülürsən. Nəyə gərək eroniya?

Ovucun qırışlarına hopur taley xətlərimiz

Uzaqda piano, qonşu otaqda son melodiya

Danış danışım məndə qucaqlaşsın dərdlərimiz

Cənnəti tapmadıq biz. Nöqtələr oldu vergül

Qısa bir qapanmadan sonra suallar çoxaldı.

Arzular yerinə yetdi amma ucuz xislətimin

İçimdə şükürlər yox yenə də dualar çoxaldı

(vokal:Ayka)

(verse:Qaraqan)

Onun qızıl saçları ağlımdadı.

O mənim acı günlərimin ən xoş xatirəsi

Palçıqlar iz qoyurdu ayaqlarım közərdikcə

O mənim cəhənnəmlə cənnətimin rabitəsi

Sonuncu həyat dərsi, ilk öpüş fəlsəfəsi

Sonuncu ümid rəqsi, son görüş mənzərəsi

Sonuncu dayanacaqda vaqonlarda son sərnişin

Sonuncu sərnişinin köhnə tozlu pəncərəsi

Cırılmış pencəyinin cibində qadın şəkli

Həyat mürəkkəbliklə yazılmış mürəkkəb həyat

O çoxdan ölmüş bir sevginin canlı abidəsi

Qırılar ilk toxunuşdan bil ki düzəlməz həyat

Sənin taleyin mənim taleyimlə ekiz qardaş

Gəl oturaq, bir az danışaq, bir az Allahdan

Sən odun tök ocağa, Mən yazım bir iki misra

Yapışaq balıqlar tək ölümə çəkən qarmaqdan biz...

(vokal:Ayka)

(verse:Qaraqan)

Səni basdırdığım torpaqda qızıl güllər əkdim

Bir gün gələr ki o güllərdən gələr sənin ətrin

Keçmişin rəflərində itib batmış bioqrafiyam

Onun sonuncu səhifəsində qaldı sən in sətrin

Məni bir kölgə sandın. dəhlizin divarlarından,

Asılmış rəsimlərdə əbədi qaldı sənin şəklin

Sən ümid notlarından yazılmış ideal sinfoniya

Mənim əllərim əsdi mən drijor mənim səhvim

Qurumuş boş cümlələr, Mavi gözlər yalançı

Bu dört divarın içində sığmır içimə mənim dərdim

Sən mənim parçalanmış gözlərimdə ilham pərim

Mən sənin sevgi sərhədində son tikanlə məftil

Qəfil küləylər əsdi bir anlıq durdu nəbzim

Zərif işartılarda gözümə gəldi sənin əksin

Bu qəribə incə fobiya. bəyaz bayraq və təslim

Sonuncu dərs son baharda bitdi mənim fəslim

  • Artist:Qaraqan
  • Album:Qısa Qapanma
See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved