Praqa lyrics

Songs   2024-07-07 08:19:53

Praqa lyrics

(verse: Qaraqan)

Gəl uçaq avropanın içinə harasa Praqaya

Ya da Parij bizi parfumla qucaqlasın

Yaşıya bilmirdik biz insanların arasında

Orda var kolizey. Romada gəzəy ayaqyalın

Uçurdaq çəlpənəkləri hilton otelinin damından

Tullayaq paspotru Venesiyada axan çaylara

Ya uçaq kosmosa orda olaq kosmik toz

Ya kiçin asteroid, ürək formalı kameta

Sən gizlən Tibetdə axtarışa çıxım Floridadan

Səni mənə sürpriz elədi həyasız Kaliforniya

Mən yenə də qayıdardım səni itirdiyim günlərə

Hər dəfə səni görəndə necə keçirdirdim fobiya

Mənim həmişə zəhləm gedib yarımçıq romanlardan

Bəlkə sevgi əbədi,bəlkə ayrılıq insanlardı

Və böyük xoşbəxtlik üçün lazımdı böyük pullar

Lazım olarsa gedib bank yararıq ermənistanda

Təki sən mənlə ol!

(Nəqarət:Ayka)

Səni axtarır mənim gözlərim,

Ama qarşımı tutub dənizlər,limanlar

Sən çox uzaq mən çox uzaq, sən çox uzaq.

Sənin qaranlıq gözlərin, xəyallarımda,yuxularımda

Axı biz bu qədər fərqli insanlar

Ona görə də sevgimiz belə qəribədi.

(verse:Qaraqan)

Sən mənim cavab verməli olduğum ən çətin sualsan

Mən sənin bütün suallarına ən dəhşətli cavab

Əlimdən bərk yapış.Heç qorxma yıxılmazsan

Mənə güvən çiyinlərimdə çox möhkəm qanad

Biz sanki poniyaklayb sevgimiz təhlükəli

Ülgüc üstündə tango,rəqsimiz davam etsin

Dayanmasın orkestr maestro bir də başdan!

Zəhmət olmasa, porfavor, mersi, qrasyas

Sənin qızıl saçlarınla oynuyurdu küləy

Mən isə qısqanırdım dodaqlarına yağan qara

Və bir gün tutub əlindən sənə desəm gedək

Mən yüz faiz bilirəm ki soruşmayacaqsan hara?

Qaçırdıb evdəkilərdən səni bir gün uzağa

Neapol yada Madrid ya yenə də Kaliforniya

Zümrüd gözlərdən oxudum sənin içində sevgi

Sən razısan mənimlə getməyə lap daxmaya da təki mən sənlə olum!

(Nəqarət:Ayka)

Səni axtarır mənim gözlərim,

Ama qarşımı tutub dənizlər,limanlar

Sən çox uzaq mən çox uzaq, sən çox uzaq.

Sənin qaranlıq gözlərin, xəyallarımda,yuxularımda

Axı biz bu qədər fərqli insanlar

Ona görə də sevgimiz belə qəribədi.(x2)

Səni axtarır mənim gözlərim,

Ama qarşımı tutub dənizlər,limanlar

Sən çox uzaq mən çox uzaq, sən çox uzaq.

  • Artist:Qaraqan
  • Album:Qısa Qapanma
See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved