Only U [Azerbaijani translation]
Only U [Azerbaijani translation]
Məni eşidəcək və heç nə deməyəcəksən?
Əslində çox həyəcanlıyam
Sənsiz tək bir gün necə keçəcək həqiqətən bilmirəm
Bilirəm ki bu bizim üçün son deyil
Mənim yoxluğumda ağlama və tək başına incinmə
Ürəyimdə sadəcə sən varsan, ürəyində sadəcə mən varam
Bir-birimizə daha çox bənzəyirik və bu deməkdir ki bir-birimizə aşiqik
Eyni səmanın altında ancaq fərqli yerlərdəyik
Bu anı əsla unutma və sonsuza qədər xatırla
Mənə göstərdiyin sevgini xatırlayacağam
Kimsənin heç vaxt yerini tuta bilməyəcəyi tək sevgi
Səni ürəyimin dərinliklərində saxlamaq istəyirəm
Səni bu qədər gözlətdiyim üçün məni bağışla
Həyatımdakı tək insan sənsən, sən həqiqətən önəmlisən
Ürəyimdə sadəcə sən varsan, ürəyində sadəcə mən varam
Bir-birimizə daha çox bənzəyirik və bu deməkdir ki bir-birimizə aşiqik
Eyni səmanın altında ancaq fərqli yerlərdəyik
Bu anı əsla unutma və sonsuza qədər xatırla
Sən də bilirsən ki
Sənsiz davam edə bilmərəm və sən də mənsiz davam edə bilməzsən
Səni düşünəndə ürəyim sürətlə döyünür, iç çəkmələrim dərinləşir
Hər şeyin yavaş-yavaş daha yaxşı olacağını kim deyir?
Səni sevirəm, səni sevirəm, səni sevirəm, məni eşitməsən də
Məni bağışla, məni bağışla, məni bağışla, çox peşmanam
Sonsuza qədər, əlini tutacağam
İlk görüşdə aşiq olduğumuz gün kimi, sevgimizi yeniləyək
Sevgim ol, sənə ehtiyacım var
Mənim üçün sadəcə sən varsan və bunu sən də bilirsən
Soyuq külək əsəndə
Barmaq uclarına dəyən o hiss
Hər zaman sənin yanında olacaq
Sən əlimi tutdun, mən addımlarımı sənə uyğunlaşdırdım
Səni yenidən görəcəyim gün
Əllərini buraxmayacağam
Ürəyimdə sadəcə sən varsan, ürəyində sadəcə mən varam
Bir-birimizə daha çox bənzəyirik və bu deməkdir ki bir-birimizə aşiqik
Eyni səmanın altında ancaq fərqli yerlərdəyik
Bu anı əsla unutma və sonsuza qədər xatırla
- Artist:Super Junior
- Album:SPY (Repackaged)