Əllər lyrics

Songs   2024-07-07 09:33:32

Əllər lyrics

Payiza qarşı kapyuşon

yağışlı küçede kölgəsi birde o,

Həyatdan bezmiş baxışlar birde yol

piyadalar, maşınlar, dayanacaqlar, metro baxışlarında

Ölmüş insanlar tələsən addımlar

Çəkdiyi əzablar çıxmır yadından

Üzdə qırışlar, o gocalmış uşaq

evde aç körpələr lazımdı pul tapmaq

yadına düşür yaxşı vaxtlar, maaş, aile , nahar

Heyat yoldaşının xoşbəxt gözləri və uşaqlar

o bacarar, o qayıdar eve çörey ve duzla

gülüş doğar gamla parçalanmış ümidsiz üzler

o bilir bu seçimlə tapmayacaq xoşbəxtlik

o bilir nedi qorxaxliq ve nedi zeiflik

o bilir yixilani ezir ayaqi altda şəhər

amma lazımdı oğluna kitab, gelem, defter

Tələsən piyadalar, itələdiyce bir birini

bahalı maşınlardan sıçradıqca sekiye palçıq

bakının yoxdu vicdani, bu şəhər boz və kinli

ve yükseldiqce binaları Bakı olur alçaq

lazımdı çörək tapmaq

daşdanda pul çıxartmaq

o bilir yoxdu nə ata, nə qohum ,nə dayaq

yanında dordce kömək, iki əl ve iki ayaq

Evdə qurtarıb et, yoxdu çörək lazımdı yağ

nece soysun taləyi, talə her kes üçün fərqli

Yene şükür Allaha, canı sağlam, yox xəstəlik

bu dorduncu həftədi əlinde köhnə dimpomla

gəzir bir bir binaları pulsuz iştiyim, nolar

məni bir ay yoxlayın, tələsmiyin qərarla

məni evdə gözləyir xeste arvad iki balamla

olmayıb varli dostum, fəxr etmemişem atamla

nolsun ki vermirem rüşfet, amma mənde savad var

Qayıtdı kor peşman, əsəbləri son həddə

havalar soyuyur, mekteb üçün lazım paltar

bir qutu siqarəte xerclenmiş son qepikler

sonuncu ümid ölduü tustu ile...

Açıldı əller

Əllər açılır sevincden göz yaşı silir əllər

Əllər var daş daşıyır, pul sayır bəxi əllər

Əllər var çöreyi bölür, çoxsunu verir aç qonşuya

Əllər var dolu qızılla, dolu üzükle, deyil xowbext

Əllər var tutur gelem, bəzi əllər toxunmaq üçün

Əllər var tutur əlləri, əllərdən qorunmaq üçün

Əllər var daima hazır, yəni şeyler öyrənmək üçün

Əllər var her şeyi bilir açılır dilənmək üçün

Əllər var alın terini silir

Əllər var köməksiz

Əllər var yetim əlacsızları qoyur çöreksiz

Əllər var tutur silah, bəzi əllər bağli zəncir

Əllər var palçıqın içinden cixib olub zəngin

Əllər var yapışır başqa əllərden yaşamaq üçün

Əllər var hazır ancaq vurmaq üçün daşlamaq üçün

Əllər var seçir paltar, seçir qızıl bəzənmek üçün

Əllər var oğlu qizi aç, açılır dilənmək üçün

See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved