Life is Beautiful [Azerbaijani translation]
Life is Beautiful [Azerbaijani translation]
[Bənd]
Bəzən incitdiyini bilirəm, amma gözəldi
Hər gün işləyir, artıq barmaq uclarına qədər qanayırsan
Ofisində oturub saytdan sayta keçirsən
Həyat gözəl deyil? Məncə həyat gözəldi
Babanın dəfnində soyuqqanlı olmağa çalışırsan
Nəticədə hislərinin qarşılıqlı olmadığını anlayırsan
Dəvət edilmədin çünki başqaları kimi deyilsən
Həyat gözəl deyil? Məncə həyat gözəldi
Dostlarını görmək istəyirsən, amma xəstəxanada sıxışıb qalmısan
Həkim içəri girir və bunun ölümcül olduğunu deyir
Beynində şiş var və əməliyyatın imkansız olduğunu deyirlər
Həyat gözəl deyil? Məncə həyat gözəldi
Kiçik qardaşını öldürəcək və sənə onun cinayətkar olduğunu deyəcəklər
Səni də öldürəcəklər, beləcə müalicəsiz daha yaxşı olacaqsan
Amerikaya xoş gəldin, burda belə şeylər normaldı
Həyat gözəl deyil? Məncə həyat gözəldi
[Bənd 2]
Səhər oyan, indi imkansızı eləyirsən
Nəyin vacib olduğunu tapdın, indi dahi hiss edirsən
Öləndə əşyalarımı yığıb pulumun çatacağı bir yerə köçəcəm
Həyat bərbad deyil? Məncə həyat bərbaddı
Sən onun qibtə ediləcək biri olduğunu, o sənin dözülməz olduğunu düşünür
Bacaracağını düşünürsən amma bu imkansızdı
Heç nəyin səni dayandıra bilməyəcəyinə inananda əngəllərlə qarşılaşırsan
Həyat gülməli deyil? Məncə həyat gülməlidi
[Bənd 3]
Və əgər nə vaxtsa dosta ehtiyacın olsa, mən varam
Və ən axırda, mən öləndə məni izləyərdin?
Və əgər mən intihara cəhd eləsəm məni dayandırardın?
Tutunmama kömək edər yoxsa məni düşürərdin?
Qaç, Ay ilə dost ol
Niyə səndələyirsən? Yaxında dostlarınla olacaqsan
Hamının eyni taleyi paylaşdığı zaman gəlir
Məncə mən otağımda tək öləcəm
[Sonluq]
Həyat gözəl deyil? Məncə həyat gözəldi
Həyat gözəl deyil? Məncə həyat gözəldi
Həyat gözəl deyil? Məncə həyat gözəldi
Həyat gözəl deyil? Məncə həyat gözəldi
- Artist:Lil Peep
- Album:Come Over When You’re Sober, Pt. 2 (2018)