Lieblingsmensch [Azerbaijani translation]
Lieblingsmensch [Azerbaijani translation]
Bəzən burada olmağım doğru deyil kimi hiss edirəm
Kosmosda yelkənli bir gəmi kimi,
Amma sən gəmidə mənimləsənsə,
Məmnuniyyətlə çılğın olaram.
A2 tıxacı belə
Səninlə çox tez keçir.
Və qaz doldurma məntəqəsindəki o iyrənc içkilər
Hawaii' də qəhvə kimi gəlir. (hə)
Mən susanda belə, sən bilirsən.
Heç nə deməyimə ehtiyac yoxdur, bir baxış yetərlidir.
Və bütün gün burada sıxıcı olacaqsa,
Hazırlan, bayıra çıxaq!
NƏQƏRAT:
Salam, sevgilim!
Məni çox yaxşı tanıdığın üçün sənə böyük bir kompliment!
Sənin yanında özüm ola bilirəm,
Xəyalpərəst və çılğın ola bilirəm.
Na na na na na na - təşəkkürlər, sevgilim!
Yaxşı ki bir birimizi tanıyırıq!
Qətiyyən kimsə öyrənə bilməz,
Amma sənə güvənirəm,
Çünki sən etibarlısan:
Mənim 51. bölgəm.
Və bəzən dairələr ətrafıda dönürük,
Balaca bir şeydən dava yaradırıq,
Amma beş dəqiqədən çox
Sənə qarşı qəzəbli ola bimlirəm. (hə)
Səni aldatsam, dərhal başa düşürsən.
Özümü buraxıram, sonra məni yenidən inşa edirsən.
Bəzən bütün gün qurğuşun kimi ağır keçir,
Amma birlikdə olanda, hər şey çox asan olur.
NƏQƏRAT:
Salam, sevgilim!
Məni çox yaxşı tanıdığın üçün sənə böyük bir kompliment!
Sənin yanında özüm ola bilirəm,
Xəyalpərəst və çılğın ola bilirəm.
Na na na na na na - təşəkkürlər, sevgilim!
Yaxşı ki bir birimizi tanıyırıq!
Zamanlar dəyişir və biz də dəyişirik.
Sən və mən, bu polaroid şəkildə çox cavanıq.
Son görüşümüz uzun zaman əvvəl idi,
Amma indi sən heç çıxıb getməmisən kimi gülürük.
Salam, sevgilim!
Məni çox yaxşı tanıdığın üçün sənə böyük bir kompliment!
Sənin yanında özüm ola bilirəm,
Xəyalpərəst və çılğın ola bilirəm.
Na na na na na na - təşəkkürlər, sevgilim!
Yaxşı ki bir birimizi tanıyırıq!
- Artist:Namika
- Album:Nador