Leykemiya lyrics

Songs   2024-07-07 08:46:05

Leykemiya lyrics

Qaranlıq gecələrdə susur yiyəsiz köpəklər

Hardasa, kiçik mənzillərdə döyünür ürəklər

Hansısa stalinkada baxır gözlər düz tavana

Səhərin xronikası, çaxılıb beynə tapança

Hansısa küçələrdə boyanır al rəngə asfalt

Kimsə kişi kimi dözür, çoxusu çıxır arvad

Dırnaq, cırmaq, qolda qolbaq, axmaq

Sonda içki, yataq, bu qızı bağlı otaqda

Kimsə iyrənir dəri rəngindən, dözür pula görə

Və kimsə ağlıyır gecə məsciddə, baxışlar göyə

Və kimsə axtarır zaman divarında çatlar

Axmaq, zaman bu oyunda heç vaxt qalmır dalda

Bu amansız dalğa, dənizdən qisas almaq

Oğlunu yada salmaq, meyit əvəzi qəbirdə torpaq

Qorxaq, gəl üzək dərinə, yapış əlimdən

Bağışla, yox, qayıt, orda nəfəs alma dərindən

Qaranlıq gecələrdə susur yiyəsiz köpəklər

Hardasa, kiçik mənzillərdə döyünür ürəklər

Hansısa stalinkada baxır gözlər düz tavana

Qəzetdə kiçik xəbər, çaxılıb beynə tapança

Bakının laxtalanır yaraları və xronikası

Görəsən arxivində neçə meyit qalıb yiyəsiz

Görəsən hansı keçmiş dostlar bizi yada salır

Və neçəmiz bu dünyadan köçəcək fatihəsiz

Nəqarət:

Həkimlər qoyur diaqnoz, müəllimlər dərs tapşırır

Svetofor dəyişir rəngin, polislər sərt baxışlı

Hakimlər vurur çəkic, əsgərlər olur şəhid

Şairlər yazır şeir, məndə isə leykemiya (x2)

Qış, payız, şəhərin sürətinə tab gətirmədim

Və hər növbəti addım yaralarıma səpir qəmi

Düzəlmir heçkəs - bu öyrəndiyim ilk dərs

Göydəki dəli rəssamlar bax necə çəkir səni

Tətik mənim son dostum və köməyim

Bakıdan business classla cəhənnəmə ürəyim

Mən dözmədim, mən dözə bilmədim

Ümid dayanacaqlarında xoşbəxtlik qatarını nə qədər gözlədim...

O gəlmədi...

Və köhnə stalinkada kərpic divarlar

Bir neçə saniyə sonra qonşuları yuxudan oyadar

Bir neçə saat sonra polislər və boz paqonlar

Bir neçə həftə sonra baş xəbər arxivdə solar

Bir nəfər çox, bir nəfər az - əhali sayı dəyişmir

Bir nəfər var, bir nəfər yox - bu sadəcə statistika

Bir nəfər lal, bir nəfər kor, bir nəfər ac, bir nəfər tox

Bir intihar, bir istintaq, və yaddaşından poz

Qaranlıq küçələrdə hürür yiyəsiz köpəklər

Qapısı bağlı mənzillərdə can verir ürəklər

Dahilər məhv olur zamanla, sovrulur küləklə

Dahilər məhv olur zamanla, sovrulur küləklə

Qaranlıq küçələrdə hürür yiyəsiz köpəklər

Çənədən soyuq güllə, tavanda qanlı çiçəklər

Bir neçə saniyə ölümün gecikdikcə addımları

Sonuncu təbəssümlə yadına salır yaxınları

Nəqarət:

Həkimlər qoyur diaqnoz, müəllimlər dərs tapşırır

Svetofor dəyişir rəngin, polislər sərt baxışlı

Hakimlər vurur çəkic, əsgərlər olur şəhid

Şairlər yazır şeir, məndə isə leykemiya (x2)

See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved