Həyatın Qanunları lyrics

Songs   2024-07-07 09:16:02

Həyatın Qanunları lyrics

(verse: Qaraqan)

Mənə dedilər rap yaz - rap yazdım

Mənə dedilər hit yaz - hit yazdım

Mənə dedilər dərs oxu - oxudum, beyin qırışlarıma bilik toxudum

Mənə dedilər ver imtahan - verdim

Mənə dedilər diplom al - ala, aldım

Mənə dedilər al təzə geyimlər

Nələr ki, dəbdədi, lazım elə geyinmək

Mənə dedilər pul tap - pul tapdım

Mənə dedilər qız tap - allatdım

Mənə dedilər məktəb, tələbə, qulluq, vətənə get əsgərliyə

(Nəqarət: Qaraqan)

Bu həyatın qanunları, necə sevirəm mən onları

Bu həyatın qanunları, yox olur bir-bir arzularım

Bu həyatın qanunları, necə sevirəm mən onları

Mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım

(verse: Qaraqan)

Mənə dedilər gəl əsgərlikdən

Gəl səni tanış eləyək Ələsgər əmiylə,

Atanın dostu, yerlisi, qohumu

Başda işləməyə - baş üstə, oldu

Mənə dedilər maaş gətir - verdim

Mənə dedilər saçın uzun - kəsdim

Mənə dedilər qonşunun qızı var, bax ona - baxdım, sonra nişanlandım

Mənə dedilər maşın al - Tofaş aldım

Mənə dedilər döymə - başa saldım

Mənə dedilər ev alaq, evləndirək - qızla yatmaq üçün hamını borca saldım

Mənə dedilər toy elə - evləndim

Mənə dedilər döz bala - nervləndim

Mənə dedilər qız ver ya oğul - beynimə saldım, soxdum, doğdu

(Nəqarət: Qaraqan)

Bu həyatın qanunları, necə sevirəm mən onları

Bu həyatın qanunları, yox olur bir-bir arzularım

Bu həyatın qanunları, necə sevirəm mən onları

Mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım

(verse: Qaraqan)

Mənə dedilər pul qazan - qazandım

Dedilər qızıl al - aldım, aldım

Mənə dedilər qızına pul ver,

Oğluna maşın al, evləndir, yola sal

Mənə dedilər qocalırsan - qandım

Mənə dedilər keç otağına - keçdim

Mənə dedilər kəs səsini - kəsdim

Mənə dedilər süz - süzdüm, içdim

Mənə dedilər sat evi, böl pulu

Bu qızına cehiz, bu da ki oğlunun

Mənə dedilər sakit ol, danışma

Sən qoca, bilməzsən səhv nə doğrudu

Mənə dedilər bax seriala - baxdım

Mənə aldılar təsbeh - fırlatdım

Xəstələndim, dedilər döz - dözdüm

Bezdi həkimlər, dedilər öl - öldüm

(Nəqarət: Qaraqan)

Bu həyatın qanunları, necə sevirəm mən onları

Bu həyatın qanunları, yox olur bir-bir arzularım

Bu həyatın qanunları, necə sevirəm mən onları

Mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım

See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved